ABŞ-ın PKK/PYD-yə verdiyi dəstək, terror təşkilatı üzərindən Suriyanın parçalanmasına gətirib çıxaracaq planların tətbiqi, Tükiyənin cənub sərhədi boyunca bir dəhlizin inşasına çalışması heç bir şəkildə Suriya məsələsi ilə əlaqədar deyil.

Uluyol.info "publika.az"-a istinadən xəbər verir ki, bunu türkiyəli yazar İbrahim Qaragül "Yeni Şəfəq” nəşrində yazıb.

"Bu, bir terror məsələsi də deyil. Bu, Suriyanın parçalanması, Suriya üzərindən Türkiyənin parçalanması prosesi üçün infrastrukturunun yaradılmasıdır. Bu, regionun şəhər dövlətlərinə parçalanması layihəsidir və bütün bölgəni təhdid edir. Türkiyə qədər İran və Səudiyyə Ərəbistanı da parçalayacaq bir prosesdir. ABŞ bir NATO ölkəsinə qarşı bu niyyətlərini artıq gizlədə bilməyəcək mərhələyə gəlibsə, danışmağın, sövdələşmənin, müzakirənin və partnyorluğun mənası dəyişir”, - Qaragül qeyd edib.

Yazar bildirir ki, Türkiyənin cənubunda inşası planlaşdırılan "terror dəhlizi” Türkiyəni mühasirəyə almaq üçün həyata keçirilən plandır:

"Bu plan müvəffəqiyyətli olacağı halda, təsiri bir əsr davam edəcək. Bu, PKK məsələsi deyil. Bu, xəritə məsələsi, Türkiyəni boğmaq məsələsidir. Amma heç bir siyasi məqsəd bu layihəni Türkiyəyə qəbul etdirə bilməz. Planın qəbulu ölkənin gələcəyini təhlükəyə atar. PKK/PYD mövzusunda ABŞ-la razılıq əldə edilməsə, tək bir plan qalır: Suriya sərhədi boyunca ən azı dörd bölgədən tərəddüdsüz müdaxilə etmək. Nəticəsi nə olursa-olsun. Bunu bu gün etməsək, gələcəkdə heç nə edə bilməyəcəyik, başqalarının cızdığı xəritəyə məhkum olacağıq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300