Hazırda kosmosda olan Avropa Kosmik Agentliyinin (AKA)
kosmonavtı Toma Peska öz "Facebook” səhifəsində Azərbaycanla bağlı maraqlı
paylaşım edib.
Uluyol.info azvision.az-a istinadla xəbər verir ki, Peska sosial şəbəkədəki
hesabında foto paylaşaraq yazıb: "Azərbaycanda mükəmməl geometrik sahələr”
Peskanın paylaşımı böyük maraq doğurub.
Qeyd edək ki, Peska 17 noyabr 2016-cı ildə "Soyuz MS-03” gəmisi ilə
kosmosa uçub.
Uluyol.info