Rusiyanın keçmiş ədliyyə generalı İlqar Qasımov vəfat edib.

 

Uluyol.info APA-ya istinadən xəbər verir ki, əvvəllər Rusiyanın ədliyyə orqanlarında işləmiş ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov mayın 13-də Bakıda dünyasını dəyişib.

 

Mərhum elə həmin gün Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Qohumlarının bildirdiyinə görə, ürək ağrılarından əziyyət çəkən İ. Qasımov bir müddət əvvəl Gürcüstanda açıq ürək əməliyyatı keçirib.

 

Qeyd edək ki, əslən Sabirabad rayonundan olan İlqar Qasımov 1961-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın ədliyyə orqanlarında çalışıb. İki övladı - bir oğlu, bir qızı var. Mərhumun vaxtilə məşhur teleaparıcı Nərgiz Cəlilova ilə evli olduğu bildirilir.

 

İ. Qasımovun ölümü barədə ilk olaraq modern.az saytı məlumat yayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300