Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, mayın 14-dən vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.

Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı "İrəli” hərəkatına simpatiyasını gizlətmirdi.

E. Filip 46 yaşındadır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300