Keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verilib. TASS xəbər verir ki, İnterpolun Podqoritsadakı Milli Bürosu məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

 

Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib.

 

Qeyd edək ki, S.Maroviç sabiq ittifaq dövlətinin yarandığı 2003-cü ildən onun parçalandığı 2006-cı ilə qədər Serbiya və Çernoqoriyanın prezidenti vəzifəsini tutub. O, Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib. (report)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300