Rusiya Baş naziri Dmitri Medvedyev mayın 22-də İstanbula gedəcək
Rəsmi məlumata görə, o, İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin hökumət və dövlət başçılarının konfransında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Toplantıda təşkilata üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, quru yolu, dəniz və enerji infrastrukturlarının inkişaf etdirilməsi və başqa məsələlər müzakirə olunacaq //axar.az.