Bakıda qəribə hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, evakuatorda olan maşın radara düşüb.

Sürücü ona göndərilən məktubun fotosunu sosial şəbəkədə paylaşıb.

İzləyicilər tərəfindən təəccüblə qarşılanan hadisəyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da münasibət bildirib.

Şöbə rəisi teleqraf.com-a açıqlamasında bildirib ki, evakuatorun üzərində olan avtomobilin cərimə olunması mexaniki səhvdir:

"Evakuatorun sürücüsu yol Hərəkəti Qanununun tələbini pozub. 60km/saat olan yerdə 71 km/saat hərəkət edib. Evakuatorun arxasındakı dövlət nömrə nişanı görünmədiyi üçün aparat avtomotik olaraq, üzərindəki maşının nömrəsini qeydə alıb. Bu xəbəri sensasiyaya çevirməyin də əleyhinəyəm. Orada sadəcə mexaniki səhv olub. Məsələ ilə bağlı yenə də araşdırma gedir”.

Vaqif Əsədov qeyd edib ki, həmin cərimənin miqdarı 10 manatdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300