Arif Hacılı təşkilat sədrlərinə tapşırıq verdi

Bu gün Müsavat Partiyasının Sədr Şurasının genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat departamentindən verilən məlumata görə, iclasda partiyanın başqanı Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Fərəc Kərimli, təşkilat departamentinin rəhbəri Razim Əmiraslanlı da iştirak ediblər.

Məlumatda bildirilir ki, Arif Hacılı ölkədəki durumun sürətlə dəyişdiyini, hakimiyyətin həm siyasi, həm iqtisadi, həm də xarici siyasət sahəsində çox ciddi problemlərlə üzləşdiyini bildirib. Müsavat başqanı bu mərhələdə hər bir müsavatçının əvvəlkindən daha fəal olmasının vacibliyini vurğulayıb.

Arif Hacılı mayın 28-də, saat 11:30-da Respublika Günü münasibətilə Müsavat Partiyasının Novxanıda keçirəcəyi bayram mitinqində hamını fəal iştiraka çağırıb, təşkilat sədrlərinə mtinqin təşkili ilə bağlı tapşırıqlar verib.

bastainfo.com

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300