Türkiyənin müxalifət partiyası Böyük Birlik Partiyasının sədri Mustafa Destici Ərzurumda keçirdiyi konfransda Azərbaycan ilə Ermənistan arasında müharibə vəziyyətinin davam etdiyini, Ermənistanın davamlı olaraq Azərbaycana qarşı hərbi təcavüzkarlıq aktlarına yol verdiyini deyib.

Avropa.info xəbər verir ki, Destici partiya olaraq Azərbaycanın yanında olduqlarını deyən Dəstici Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib:

"Soyqırımın keçirildiyi, qətliamın gerçəkləşdirdiyi yerlərlə, üzr istəmədikcə və təzminat ödəmədikcə Türkiyə Ermənistanla qəti şəkildə heç bir münasibətə girməməlidir. Sərhəd qapısı əsla rəsmi və qeyri-rəsmi şəkildə açılmamalıdır. Hətta daha artığını deyim. Türkiyənin erməni vətəndaşları var. Əlbəttə ki, bunlar Türkiyə Cümhuriyyəti vətəndaşlarıdır. Milli azlıq haqları vardır. O haqlara sahib olaraq Türkiyədə yaşamağa davam edəcəklər. Amma onun xaricində Türkiyədə qeyri-leqal şəkildə yaşayan 100 min nəfərə yaxın erməni var. Türkiyə bunları dərhal deportasiya etməlidir”.
Mustafa Destici sözlərinə belə davam edib:

"Ermənistan Azərbaycanın torpaqlarını işğal edəcək, orada soyqırım tətbiq edəcək, hər gün Azərbaycandakı türk qardaşlarımızı şəhid edəcək, biz də burada qeyri-leqal erməniləri bəsləyəcəyik. Bunu qəbul etmirik. Bunların dərhal deportasiya edilməsinin vacibliyini açıq və qəti şəkildə demək istəyirəm”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300