Günümüzdə internetin və texnologiyanın bu qədər sürətli
inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsa da, mütəxəssislər bu inkişafın
zərərlərini də hər zaman vurğulayıblar. Xüsusən, gənclər arasında internetin mənfi
təsirləri, ağır nəticələri daim cəmiyyəti narahat edib. Bu mövzunu araşdırarkən
sözün əsl mənasında çox vahiməli və qorxunc bəzi reallıqları aşkarladıq.
"Qaynarinfo.Az”-ın verdiyi xəbərə görə, artıq 2015-ci ilin sonlarından etibarən
bir sıra xarici dövlətlərin həyəcan təbili çalmasına səbəb olan "onlayn qatil”
"mavi balina” oyunu çox, təəssüf ki, ölkəmizdə də görünməyə başlayıb.
olaraq bu məsələni dərindən araşdıraraq və nəticəni sizə təqdim edirik
ki, xüsusən valideynlər övladlarını bu "virus”a yoluxmaqdan qoruya bilsinlər.
Qeyd etdiyimiz kimi nəticələri ilk dəfə 2015-ci ilin sonlarından özünü göstərməyə
başlayan oyun artıq İngiltərə, Rusiya, İspaniya, Polşa, Bolqarıstan, Latviya,
Qırğızıstan, ümumən Orta Asiya ölkələrində yayılıb və təəssüf ki, artıq
300-ə yaxın gəncin intiharına səbəb olub.
Rusiyada Filip Budeykin və onun yaxınları tərəfindən yaradıldığı bildirilən
oyun sosial şəbəkələrdə də fəaliyyət göstərən müxtəlif qruplar yaradıb. Oyunu
oynamaq istəyənlər #mavibalina #səssizev #mənisaat420dəoyat xəştəqi altında bir
növ siqnal göndərirlər və oyunun yaradıcıları həmin istifadəçi ilə əlaqə
yaradıb ona oyunu oynamaq üçün xüsusi link verirlər.
İstifadəçi linkə daxil olduğu an qrup üzvləri onların İP adresslərinə sızıb ailə
üzvləri və ünvanları haqda bütün məlumatları əldə edirlər. Və artıq gənc oyuna
daxil olur.
Oyun 50 mərhələdən ibarətdir. Fonda Lumen qrupunun yalnızlıqdan, tənhalıqdan bəhs
edən "Qoret” musiqisi səslənir. Oyunun hər mərhələsində gəncləri intihara
sürükləyən müxtəlif növ şüuraltı ifadələr yerləşdirlir.
Məsələn, mərhələlərdən birində uzaqdan qatar gəldiyi görünür və bu zaman
ekranda "Bu həyat bizə görə deyil” yazısı görünür. Başqa bir mərhələdə hündür
bir binanın başına çıxan bir qrup gənc göstərilir və altında "Biz ölü nəslin
uşaqlarıyıq” yazısı yazılır.
Mərhələlər irəlilədikcə "şərtlər” də ağırlaşır. Oyunun son mərhələlərində
"oyunçu”ya evdən nəsə oğurlamaq, yalan danışmaq, qoluna bıçaqla balina şəkli çəkmək
və s. kimi tələblər qoyulur. Oyunun istifadəçiləri daim qorxulu filmlər izləyir
və gecə saat 04:20-də oyanıb onlara verilən müxtəlif tapşırıqları yerinə
yetirirlər. Sonuncu 50-ci mərhələdə uşaqlara özlərini öldürmələri əmr olunur.
Boyun qaçırmaq istəyənlər isə ailə üzvlərinin öldürüləcəyi ilə hədələnirlər. Və
nəticə olaraq gənclər çıxış yolunu intiharda görürlər. Oyun üzvlərinin intiharı
isə oyunun 40-45-ci mərhələlərində olan digər istifadəçiləri tərəfindən lentə
alınır.
Hazırda oyunun yaradıcısı həbs olunsa da oyunu tamamilə məhv etmək mümükün
olmayıb. Filip Budeykin isə gəncləri niyə belə bir oyuna sürüklədiyi
sualına "Onlar Yer üzünün zəif insanlarıdır. Buna görə də yaşamasalar yaxşıdır”
cavabını verib.
Nərmin, Qaynarinfo.Az