Trampın yüksək dərəcədə məxfi məlumatı Rusyanın xarici işlər naziri Serqey Lavrovla paylaşması xəbəri İsraildə də narahatlıq doğurub.Məlum olub ki, kifayət qədər gizli material İsrailin casus agentləri tərəfindən Amerikaya ötürülübmüş

 

İsrail kəşfiyyatını maraqlandıran o olub ki, Suriya haqqında hansı məlumatı Tramp Lavrova açıq-açığına çatdırıb. Eyni zamanda kəşfiyyata dəyən zərərdən qurtulma çalışmaları da başlayıb. İsrailin baş naziri Bencamin Netanyahu dərhal öz köməkçilərinə gələn xəbərlərə reaksiya verməməyi tapşırıb.

 

Netanyahu Trampın dəyişkən biri olduğunu düşündüyü üçün onunla münasibətdə həssas yanaşma tərzi götürüb. Trampın gələn həftə İsraildə səfərdə olacağı nəzərə alınsa, hər hansı pozuntunun olmaması üçün bu həssaslıq ən üst səviyyəyə çatıb.

 

Netanyahunun kəşfiyyat rəhbərlərinin isə həddindən artıq qəzəbli olduğu bildirilir. İsrail və ABŞ 60 ildir ki, qarşılıqlı şəkildə bərabər kəşfiyyat işlərini yürüdürlər və bir-birinə faydalı məlumatları çatdırırlar.

 

New-York Times yazır ki, Trampın məxfi məlumatı paylaşmasını tvit yazaraq müdafiə etməsini İsrail kəşfiyyatı iki ölkənin qarşılıqlı anlaşmaları təhdid altına qoyub. "Trampın bu cür yanaşması iki ölkə arasındakı illərdir formalaşan qarşılıqlı güvəni sarsıdıb, çünki bizim ölkələr arasındakı əlaqə məhz bunun üzərində qurulub” – mənbə New-York Times-a bildirib.

 

Lakin bildirilir ki, İsrail üçün bu, sürpriz olmamalıdır. Belə ki, Trampın inaqurasiyasından bir neçə həftə öncə İsrail və ABŞ kəşfiyyatının rəsmiləri görüşüblər. Görüşdə İsrailə xəbərdarlıq edilib ki, Trampın və komandasının Rusiya ilə əlaqəsinin olub-olmadığı bilinənə qədər Ağ Evə hədsiz gizli məlumatları və yaxud materialları verməkdən çəkinsinlər. Ronen Berqman yazır ki, görüşdə iştirak edən israilli ona deyib ki, "bu çox qəribə tablodur” və "bütün protokol qaydalarına ziddir” (New-York Times).

 

İsrail kəşfiyyatının narahatlığına kifayət qədər əsasları olduğu deyilir. Rusiya Suriyadakı əsas oyunçulardan biridir və İsraillə düşmən olan İran və Hizbullahla yaxın əlaqələri var.

 

Lakin məsələnin heç də sadə olmadığı deyilir. Çünki İsrail kəşfiyyatının ABŞ kəşfiyyatı ilə paylaşdığı məlumat gizli saxlanılmayıbsa, bunun birbaşa İsrailin milli təhlükəsizliyini təhlükə altına qoyduğu bildirilir.

 

İki ölkə arasındakı əlaqədə Şərq ölkəsi kimi avantajı çox olub. Belə ki, İsrail ərəb ölkələrində casuslar tutmaqda və agentlərini oraya yerləşdirməkdə üstün olub. Amerikalılar isə texnologiyaları ilə avantaj əldə ediblər və tarazlıq əldə edilib. Bir sözlə, İsrail ABŞ-ın Orta Şərqdə gözü-qulağı olub. Amma digər tərəfdən ABŞ İsraildən asılı vəziyyətdə qalıb. Bölgə üzrə kəşfiyyatın lazımi bilgilər əldə edə bilməməsi və yaxud da görməzliyə vurması Amerikanı da "kor etmiş” kimi olur.

 

İsrail və ABŞ kəşfiyyatı arasında əlaqələr 1985-ci ildə zədələnmişdi. O dövrdə ABŞ hərbi dəniz kəşfiyyatına İsrailin Conatan Pollard adında casus yeritdiyi aşkar edilmişdi. Lakin zərurət ikili arasındakı şübhə və güvənsizliyi kənara qoydurub.(musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300