Hər kəs Heydər Əliyev adına Hava Limanındakı Dövlət Gömrük Postunun əməkdaşından danışır. Məsələ burasındadır ki, redaksiyamıza göndərilən foto müzakirə mövzusu olub.

DGK əməkdaşlarından biri iş vaxtı növbədə dayanan vətəndaşlara əhəmiyyət vermədən kompüterdə oyun oynamaqla məşğul olur. Gömrük işçisinin laqeyidliyi və növbədə dayanaraq ona xidmət göstərilməsini gözləyən vətəndaşa əhəmiyyət verməməsi insanları özündən çıxarıb. Gömrük əməkdaşının iki müxtəlif vətəndaşı gözlədərək kompüterdə oyun oynamasını əks etdirən şəkillər redaksiyamıza göndərilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, faktla bağlı araşdırmalar aparılır.

Ayrı-ayrı vaxtlarda çəkilmiş fotoşəkilləri təqdim edirik:

 

(baku.ws)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300