Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin və amerikalı həmkarı Donald Trampla görüşünün ardınca ermənipərəst qüvvələr Ankaraya qarşı daha bir addım atıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Texas ştatının nümayəndələr palatası yekdilliklə qondarma "erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bununla da rəsmən qondarma "soyqırım”ı tanıyan ştatların sayı 46-ya çatıb.

Məlumatda deyilir ki, qətnaməni hər iki partiyanı təmsil edən 50-dən çox konqresmen dəstəkləyib. Sənəddə iddia olunub ki, Birinci Dünya Müharibəsində dağılan Osmanlı imperiyası "sistemli şəkildə erməniləri məhv etməyə başlayıb”. Qətnamədə absurdcasına vurğulanıb ki, o vaxta qədər imperiya ərazisində yaşayan 2 milyon erməninin 1,5 milyonu məhv edilib. Ştatın qəbul etdiyi cəfəngiyyat dolu sənəddə bildirilir ki, hazırda Ermənistanda 3 milyona yaxın erməni yaşayır, erməni diasporunu isə 8-10 milyon erməninin təşkil etdiyi vurğulanır. Ardınca Türkiyəyə qarşı ərazi iddiasına yönəlik məqamlar da əksini tapır. Osmanlı ərazilərinə ermənilərin "əvvəlki vətəni” yarlığının yapışdırılmasına cəhd göstərilir.

Texas ştatının bundan əvvəl "soyqırımı” tanımadığı, 2017-ci ilin aprelində isə qubernator Vayominq Metyu Mid-in "erməni soyqırımı”nı tanıdığı vurğulanır. Erməni mediası hələlik Vayominq, Avova, İndiana, Alabama və Missisipi ştatlarının saxta "erməni soyqırımı”nı tanımadığını da narazılıqla vurğulayıb. Növbəti ştatın Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə biləcək qətnaməni qəbul etməsinə Ankaranın necə reaksiya verəcəyi də maraqlıdır.

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300