Tədqiqatçı P. Atvoter öz kitabında kliniki ölüm halında olarkən o biri dünyadan gedib-qayıtmış adamlar haqqında maraqlı məlumatlar verib. Araşdırmaçı o biri dünyadan qayıdan şəxslərin əsasən fizika, kompüter texnologiyası, musiqi, rəssamlıq sahəsində yüksək nailiyyət qazandığını qeyd edir. Onun sözlərinə görə, böyük fizik, Nobel mükafatçısı Albert Eynşteyn, məşhur bəstəkar Motsart və siyasətçi, ABŞ-ın prezidenti olmuş Avraam Linkoln da o biri dünyadan qayıdan dahilərdən üçüdür. Araşdımaçı bu üç dahinin kliniki ölümdən sonrakı qeyri-adiliyini bu cür əsaslandırır:

"Onlar həmin vaxt- yəni kliniki ölümə düçar olub, o biri dünyaya baş vuran zaman beyin dəyişimi yaşayırlar. Onlar üçün artıq ölüm qorxusu və ölüm haqqında düşüncələr heç zaman olmur. Çünki bu hiss milyonlarla insandan fərqli olaraq onlara çox yaxşı tanışdır. O dünyaya səfər etmiş dahilər üçün ölüm qorxusu elə oradaca bitir. Onlar hər zaman sirli işığa və sirli səsə maraqlı olurlar. Eynşteynin elmi nəzəriyyəsindəki işıq sürəti, işıq məfhumuna meyillilik bununla əlaqədardır. Onlar yeməklərə, içkilərə qarşı qeyri-adi həssaslıqla yanaşırlar. Zəka və xarakterlərində qeyri-adi dərəcədə yüksəliş hiss olunur”

 

Bunları oxuduqca insanda istər-istəməz bir sual yaranır: belə hallar bizim də ölkəmizdə yaşanırmı? Yaşanırsa bunu bir araşdıran, qeydə alan varmı? Məşhur bir filimdə deyildiyi kimi:"O əjdahadan bizdə niyə yoxdur?”

 

Bu sualla qeyri-adi yazıları ilə gündəmdə olan, tədqiqatçı-yazıçı, psixoloq Paşa Yaquba müraciət etdik. Yazıçının çox orjinal və yenə də qeyri-adi cavabı oldu:

 

-Kliniki ölüm keçirərək, o biri dünyanı görüb gəlmiş adamlarla həmsöhbət olmuşam. Onlardan biri elə öz qohumum Nuru kişi idi. O bağırsaq əməliyyatı zamanı kliniki ölüm keçirmişdi. Bu vaxt çox maraqlı hallarla qarşılaşmışdı. O da başqaları kimi, öz cisminə kənardan (tavandan) baxmış, yaxınlarının və həkim personalının necə təşviş keçirdiklərini seyr etmişdir. Ən maraqlı hallar isə, tuneli keçəndən sonra baş vermişdir. Belə ki, orada keçmiş iş yoldaşlarını, tanıdıqları digər adamlarla rastlaşmışdı. Onların bəzisini Cənnətdə, bəzisini isə, Cəhənnəmdə görmüşdü (həmsöhbətim bu barədə mənə ətraflı danışsa da, müxtəlif səbəblərdən ad çəkmək istəmirəm).

 

Nuru kişiyə orada öyrədilən hikmətlər də diqqət çəkəndir. Ona demişlər ki, külək rəncbər (əkinçi) funksiyasını yerinə yetirir. Külək əsməklə bütün bitkiləri tozlandırır; əsməsə ruzi olmaz.

 

Ona izah edilən hikmətlrdən biri də dil barəsində idi. Deyiblər ki, daxili orqanlar qazarmada (qarın boşluğunda) yatan əsgərlərə bənzəyir. Bu halda dil keçikçi (dnivalnı) funksiyasını yerinə yetirir. əgər "keşikçi” yatarsa və yaxud özünə yiyəlik edə bilməyib, kiməsə sataşarsa, düşmən qazarmada yatan əsgərləri (orqanları) vurub zədələyər, bununla da orqanizm məhv olar. Həm də təhlükə anında dil öz funksiyasını yerinə yetirib ilk növbədə düşmənlə sülh danışığı aparmalıdır ki, daxili orqanları qoruya bilsin...

 

-Paşa bəy, Siz özünüz necə, o biri dünyanı görmüsüzmü? Hər halda yazılarınızdan bu hiss olunur.

 

-Hiss olunursa, deməli görmüşəm (gülür).

 

-Orada tanıdıqlarınızdan kimləri gördünüz? Maraqlı bir söhbət oldumu?

 

-Onda ilk növbədə Sirat körpüsündən başlayaq. Çünki, o dünya Sirat körpüsündən başlayır. Deməli belə. Camaatla birlikdə Sirat körpüsünü keçmək üçün növbəyə düzülmüşdük. Körpü tük kimi nazik olduğundan, heç kəs keçə bilmirdi. Gedənlər ortada dərəyə yıxılır, yıxılanları görüb, növbədə olanlar körpüyə çıxmağa ehtiyat edirdilər ki, onlar da yanar odun içinə yıxılacaqlar...

Mən yaxınlaşıb körpüyə çıxdım və rahat irəliləməyə başladım. Hiss etdim ki, körpü bayaqkı kimi nazik deyil və getdikcə enlənir. Həm də sağ tərəfimdən bir işıq (nur) seli körpüyə düşürdü ki, (bax: "Quran”ın 66-cı surəsinin 8-ci ayəsinə.) bu da körpünün işıqlanmasına və genişlənməsinə səbəb olurdu...

 

Körpünün ortasına çatanda gördüm artıq körpü "PRAQLATKA” (ara qat) formasındadır. Praqlatka haqqında onu deyim ki, bu detal mühərrikin içərisinə qoyulur. Mühərriki sökərkən onun iki hissədən ibarət olduğunu görmək olur. Və bu iki hissəni bir-biri ilə bitişdirərkən arasına həmin bu praqlatka (ara qat) deyilən ehtiyat hissəsi qoyulur.

Məndə bir sual yarandı ki, nəyə görə sirat körpüsü praqlatka formasındadır?

Həmin anda beynimə informasiya gəldi ki, Allah-təala kainatı hərəkətdə olan mühərrik formasında, iki hissədən ibarət yaradıb. Bu iki hissənin biri bu dünya, biri o dünyadır. Kainatın iki hissəsini birləşdirən SİRAT körpüsü əslində mühərrikdəki praqlatka funksiyasını yerinə yetirir…

 

"… Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” Quran, "Davar” surəsi, 80.

-Bəs körpünü keçəndən sonra kimlərlə, nələrlə rastlaşdınız?

 

-Maraqlıdır ki, orada tanıdığım, amma, onların bir vaxt Cənnətdə olacağını heç vaxt ağlıma gətirmədiyim adamları gördüm. Yəni, orada gözlədiklərimlə yox, gözləmədiklərimlə qarşılaşdım.

 

Birincisi, öz həmkəndlim və həmişə "yeyib-içən oğlan” kimi tanınan (etiraf edim ki, bir zamanlar mən özüm də onunla birgə yeyib-içmişəm) bir nəfəri gördüm. Gül dərirdi. Soruşdum gülü kiminçün dərirsən? Dedi kəndimizdən filankəs gələcək, onu qarşılamağa hazırlaşıram (dediyi adamı tanıyırdım). Heyrətləndim ki,bu adam bura necə düşüb, axı o ömür boyu ibadət etməyib?

Bu vaxt beynimə telepatiya ilə informasiya gəldi ki, bu adam yaşadığı dövrdə kənddə nə qədər hüzür düşübsə, bütün şəxsi işlərini bir kənara qoyub, cənazənin götürülməsinə böyük əziyyət çəkib və mərhumu son mənzilə yola salıb.

 

Doğurdan da beləydi. Həmin adam ustaydı və həm də lafeti olan traktor sürürdü. Kənddə hüzür düşəndə adam heç vaxt hökumət işinə getməzdi; üüzür yerinə gəlib, tut ağaclarından qəbir üçün lazım olan şeyləri yonub düzəldər, ağacdan mağar qurar və çadır çəkər, dəfn üçün lazım olan şeyləri traktoruna yükləyib, qəbirstanlığa aparardı... Sovet dönəmində kənddə yaşamış adamların bu işlərin indikindən fərqli olaraq nə qədər çətin olmasından xəbərləri var. Bir sözlə, kənddəki hüzür məclislərinin ən ağır günü olan birinci gününün bütün ağırlığı bu adamın üzərinə düşərdi. Və ən başlıcası da, bütün bu işləri təmənnasız edərdi, heç kəsdən bir manat pul götürməzdi.

Ədalətli və Adil olan Allah-təala onun bütün bu əziyyətlərini nəzərə alıb, tərəzidə əməlləri ağır gəldiyindən onu Cənnətlə mükafatlandırıb.

 

Cənnətə gedənlər arasında Əşrəf kişini də gördüm. 70-ci illərdə bizim kənddə kolxoz sədri işləyib. Rayonda onu tanımayan yoxdur, bir neçə il qabaq rəhmətə getdi.

Onun da Cənnətə getməsi məni təəccübləndirdi. Nə qədər olmasa vəzifədə olub, kolxoz sədri işləmiş adamdır, günahları olmamış deyildir. Bu vaxt beynimə telepatiya ilə yenə informasiya gəldi ki, bu adam rəhbər işlədiyi dövrdə ayağı çox ruzi-bərəkətli olub. Niyyəti camaata çoxlu taxıl, bostan bölmək olub. Allah da onun bu xoş niyyətini qəbul edərək, kolxozun əkin-biçininə bərəkət verib. Nəticədə onun dövründə kəndlilərin güzəranı yaxşı olub.

 

Düzü Əşrəf kişi sədr işləyəndə mən balaca uşaq idim və o dövrdə nə baş verdiyi yadımda qalmamışdı. Odur ki, aldığım informasiyanı dəqiqləşdirmək (həqqi-yəqinlik hasil olması) üçün kəndə gedəndə ağsaqqallar arasında kiçik bir sorğu apardım. Dedilər torpağın bir hektarı normalda 20 sentner taxıl verməli olduğu halda Əşrəfin dövründə ən azı 50-60 sentner taxıl verdi. Halbuki, nə ondan qabaq, nə də ondan sonra həmin torpaqlar 20 sentnerdən artıq məhsulu heç vaxt vermədi. Kartof, soğan, bostan da anbarda qalıb xarab olurdu və insanlar daşımaqla qurtarmırdı...

 

Buradan görünür ki, istənilən rəhbər xoş niyyətli olsa və insanlara yaxşılıq etməyi qarşısına məqsəd qoysa Allah-təala onun niyyətini qəbul edər və o yerə ruzi-bərəkət yağdırar.

Əks halda... bizim indi yaşadığımız vəziyyət yaranar və Allah ruzini qeybə çəkər, neft quyularını yandırar, heç kəs ondan xeyir görməz!

 

"Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinə rəhbər təyin edərik (və onun əliylə günahkarları cəzalandırarıq)". Quran, 6:129

 

Ayələrdən görünür ki, Allah bir qövmü sevəndə və ona yaxşılıq etmək istəyəndə ona ürəyiyumuşaq, həlim xasiyyətli bir rəhbər qismət edir və qövmə etmək istədiyi yaxşılığı da həmin xasiyyətli rəhbərin əliylə edir.

Cəzalandırmaq istədikdə isə, zalım, qəddar bir rəhbər qismət edir. Allah zalım rəhbərin əliylə heç bir qövmün qarşısına xeyir çıxartmır və bu adamın ayağıyla millətə bəladan başqa heç nə gələ bilməz!

Cənnətə getnək istəyənlər qarşılarına saf niyyət qoyub, gözəl işlər, xeyir əməllərlə məşğul olmalıdırlar. Əsl ibadət elə budur.

 

(moderator.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300