Turan İSAYEVA

Bu gün bir şeyi çox yaxşı başa düşdüm ki, bu şəhərdə (söhbət Bakıdan gedir) roman yazmağa çox gözəl portret var. "Tarqovı” dediyimiz təkcə o küçədən on kitab çıxar. İnanın ki, çıxar. Bu dəfəki mövzu isə insanlarımızın həqiqi davranmamaqlarıdır. İnsanlarımız film səhnəsi kimidir. Reallıqları şübhə altında, doğurdanmı mən bu insanlarla eyni şəhəri paylaşıram (yaşamıram) düşüncəsi bürüyür insanı. Hərə bir nağıl qəhrəmanıdır. Hərə birini yamsılayır. Heç kimin özü olmaq istəmədiyi bu şəhərdə bu gün özümü olduqca tək hiss etdim. Müəyyən bir svilizasyanın qurbanı olmuş xalq özünü unudub, başqalaşma yolunda qəti və əmin addımlarla ilərləyir. Nəyə lazımdır axı bu?

İnsanlarımıza aktyor da demirəm. Belə baxanda hamımız artistlik edirik həyatda. Amma niyə kiməsə görə oynayırıq? Bizi buna nə vadar edir? Müasirləşməyə çalışmaqla müasir olmaq arasındakı fərqi anlaya bilməyən müəyyən topluluq var. Hansı ki, başqalaşmağı fərqlilik zənn edirlər. Hansı ki, əlinə ildə 10 kitab almayan insanlar müasirləşməyi gəzməkdə və nəyisə ölümünə tənqid etməkdə görürlər. Müzakirə üçün bilik lazımdı, inandığın, müdafiə elədiyin idealogiya üçün isə müəyyən təcrübə. Bilmədiyimiz şeyləri öyrənənə qədər susmağı niyə bacarmırıq axı? Hər kəs hər mövzuda fikir sahibi olmaq istəyir. Mümkün deyil axı bu. Bir mövzunun mükəmməl biləni olmaq varkən nəyə lazımdır hər şeydən az-az, yarımçıq özünü çoxbilmiş kimi göstərmək? Ölkədə oyunlar keçirilir. Müəyyən miqdarda turist qonaqlarımız var. Və onlarla yanaşı onlara özlərini göstərməyə çalışan biz varıq. Bu biz anlayışının içində mən varam, sən varsan, hamımız varıq. Uğur da hamımımızın uğurudur, ayıb da. Azərbaycandan gedən turist azərbaycanlılar elə idi, belə idi amma Turan onlar kimi deyildi, onlara oxşamırdı deməyəcək. Səni, məni ayırmayacaq azərbaycanlı anlayışının içində. Sən də, mən də, hamımız bir cəmiyyətin fərdləriyik. Bu da bir yana, bizim insanlar belə birtəhərdi nəsə. Ya görməmişdilər, ya həddindən çox çoxbilmiş. Ya da özlərini çox bilmiş kimi aparırlar. Amma qəbul edək görməmişlik var biraz. Ölkəmiz də, insanımızda turist görməmişidir. Əksini düşünən insanlar yanılır məncə. Bəli görməmişik. Maşının açarını telefonla bir yerdə oturduğu masanın üstünə çırpan, kreditə girib ən son model mobil telefon alan insanın cəmiyyətindənik. Yolda nömrəsini qızlara yüksək səslə eşitdirməyə çalışan. Bunları eləməyənlərlə, edənləri ayırmayacaqlar Azərbaycan portretini yaradarkən. Bir portret varsa əgər xaricilərin beynində (ki bu artıq formalaşıb) bu bizim əsərimizdir. Bunu biz yaratmışıq. Hər necədirsə təəssüratımız hamımız bir-birimizi təbrik etməliyik.

Mədəniyyətdən dəm vuran xalqın etikadan bixəbər olmağı çox acınacaqlıdır. Hələ avtobuslardan danışmıram. Heç danışmıram, danışmayacam da. Susmaq ən məsləhətlisidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300