Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 36-cıTürk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.

Nadiya Zöhrə Şərifi tədbirdə çıxış edərək dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib: "Gəlin yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq. Bizim qardaşlığımız və birliyimiz davamlı olsun. Yaşasın Azərbaycan! Yaşasın türk millətləri!”.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Amerikadakı türk cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300