"Bu gün (mayın 24-ü) özünü yandıran Ramiz Manafovun vəziyyəti ağırdır".

 

Bunu R.Manafovun yerləşdirildiyi 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən bildiriblər.

 

Şöbədən verilən məlumata görə, həmin şəxsin baş, boyun, üz hissəsi və tənəffüs yollarında yanıqlar çoxdur.

 

"III-İV dərəcəli yanıqlardır, hətta ölüm təhlükəsi belə var", - şöbədən bildiriblər.

 

Şahidlərin deməsinə görə, həmin şəxs mayın 24-ü səhər saatlarında "Bank Respublika"nın "Azneft dairəsi"ndəki filialı önündə özünü yandırıb.

 

Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub.

 

"Yeni Müsavat" qəzetinin xəbərinə görə, o, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. 

 

Xəbərdə bildirilir ki, mübahisəyə müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağı hədəsi ilə üzləşməsi səbəb olub.

 

Daha sonra bankın qarşısına çıxan şəxs gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. 

 

Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşları yanğınsöndürən balonla alovu söndürüblər.

 

Məsələ ilə bağlı "Bank Respublika"dan, hələlik, münasibət almaq mümkün olmayıb. 

 

Bankın mərkəzi ofisindən deyiblər ki, gün ərzində özləri açıqlama verəcəklər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300