"Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin ilə bağlı tez-tez xoşagəlməz hadisələr mətbuatda hallansa da, hələ də adı çəkilən qurumda özbaşınalıqlar davam etməkdədir. Quruma tabe olan idarə rəisləri özlərini kiçik padşahlar kimi aparır, qanunları çeynəyir, lazım gəldikdə isə işçilərini təhqir etməkdən və fiziki güc göstərməkdən belə çəkinmirlər. Görəsən bu cəsarəti bu kiçik padşalar kimdən alır?
Növbəti özbaşınalıq isə Yeni Ələt Reftrijerator Vaqon Deposunda baş verib. İdarənin rəisi Allahyar Ağayev, onun oğlu Cavid Ağayev və ətrafındakı qoçular Depoda mexanik işləyən Qaçayev Rəşad Ramiz oğlunu döyüb. Ən dəhşətlisi isə odur ki, idarə müdüri Rəşad Qaçayevə fiziki güc göstərməklə yanaşı onu ölümlə hədələyib. Bu barədə R.Qaçayev Xeberdar.netə-müsahibə verib və ona olan tədid və təhqirlərlə bağl audio-video materialları redaksiyamıza təqdim edib.
Şikayətçi müsahibəsində adı çəkilən idarə ilə bağlı ciddi korrupsiya və rüşvət hallarının olması ilə bağlı ciddi iddialar səsləndirib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti ilə telefon vasitəsi ilə (499-44-11 (ümumi şöbə), (+994 12) 499-48-95 (qaynar xətt)) əlaqə saxlayaraq baş verənlərə münasibət öyrənməyə çalışsaq da cəhdimiz alınmadı. Telefonun dəstəyini götürən xanım işçi bizi dinlədikdən sonra, "on dəqiqədən sonra zəng edin.Sizi lazımi şəxslə bağlayacağıq.”-deyə bildirdi. Növbəti cəhdimizdə isə həmin xanım işçi telfonda gözləməyimizi bildirdi və üzun müddət bizi gözləməyə məcbur etdi, lakin səsimizə səs verən olmadı. Xanım işçinin bu cür etikadan kənar davranışının isə qiymətini verməyi oxucularımızın ixtiyarına buraxırıq.
Rəşad Qaçayevin müsahibəsini və Allahyar Ağayevin onu ölümlə hədələməsinin audio yazısını oxuculara təqdim edirik:
Ümid edirik ki, video müsahibəyə baxdıqdan sonra aidiyyatı qurumlar məsələyə müdaxilə edəcəklər.
Son aldığımız məlumata görə, artıq Rəşad Qaçayev işdən çıxarılıb və şikayət etdiyi üçün adıçəkilən idarənin işçiləri tərəfindən şərlənərək polisə şikayət olunub.(Xeberdar.net)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300