Diqqətinizə çatıraq ki, mətbuatda dərc edilən yazıdan sonra rayonda 60 yaşlı şikayətçiyə qarşı təzyiqlər edilməsi ilə bağlı məlumat verən sakin əlavə edib. Bərdə rayonunda Daxili İşlər Naziri Ramil Usubovla rayon ictimaiyyəti ilə görüş təşkil edilib. Nazirin qəbuluna gedərkən həbs edilən Bərdə sakini Elman Bağırov Məmməd oğlu redaksiyamıza məlumat verməyə müvvəfəq olub. O qeyd edib ki, DİN-i R.Usubovun qəbuluna gedərək Vidadi İsayevin onun başına açdığı oyunlarla bağlı şikayətini qeyd edəcəyini bilən RPŞ-nin əməkdaşları başçının göstərişi ilə onu həbs etdikdən sonra Bərdə rayon DYP-nin otağına salaraq, bu saatlara qədər çıxmasına izin vermirlər. Saat 11:00 raddələrində saxlanılan vətəndaş hələdə buraxılmayıb. Bərdə rayon Polis əməkdaşlarının nazirin qəbuluna getmək istəyən vətəndaşa qarşı etdikləri qanunsuz əməllərinə heç bir izah verilə bilməməsi göz önündədir. Vidadi İsayevin əmrlərin icra edən polis əməkdaşları unudurlar ki, onların rəhbəri məhz Ramil Usubov cənablarıdır. Nazirin qəbuluna gedən ahıl yaşda olan bir şəxsin saxlanılaraq DYP binasında girov saxlanması hansı qanunla tənzimlənməsi bizədə maraqlıdır. Vətəndaş heç bir günahı olmadan niyə saxlanılıb... Əgər hansısa cinayəti varsa niyə bu barədə ictimaiyyətə məlumat verilməyib? Şəxsin həbs edilməsi niyə məhz Ramil Usubovun rayonda qəbul gününə təsadüf edib...?


Vətəndaşa niyə sizi polis idarəsinə yox DYP binasına aparıblar sualına isə E.Bağırov Nazir Polis idarəsində olduğu üçün məni burda saxlayırlar - deyə bildirib.

Saat 22:00-da redaksiyamıza zəng edən vətəndaş DYP binasından buraxıldığını qeyd edib. Ona saxlanılma yerində bildiriblər ki, nazirin qəbuluna düşəcək adamlar bir ay əvvəldən müəyyən edilib və bununla bağlı siyahı tərtib edilib. Siyahıda adları olmayan vətəndaşın nazirin qəbuluna girməsi mümkünsüzdür. Və onun saxlanılmasının isə həmin qəbul zamanı nazirə bildirəcəyi məsələ ilə bağlı olub ki, bunuda icra başçısına sərf etmədiyindən onun qəbula girişinə maniələr yaradılıb.

Şikayətin mətni aşağıda göstərilən məqalə və video müsahibə olub. BakuNews.az-a Bərdə rayonunda yaşayan Bağırov Elman Məmməd oğlu tərəfindən şikayət daxil olub. Şikayətçinin məlumatına görə, icra başçısı Vidadi İsayev, onun rəhbəri olduğu "Bəhruz İstehsalat Kommersiya” birliyini və 14 ha torpaq ərazisini əlindən alıb. Şikayətçinin dediyinə görə, Vidadi isayevə bu işdə, onun həyat yoldaşı ,Yevlax rayon Arxiv müdiri kömək edib. E. Bağırovun iddiasına görə, icra başçısının həyat yoldaşı sahibkarın sahib olduğu birliyi və torpaq ərazisini saxta sənədlər düzəldərək onun əlindən alıb. Şikayətci bu barədə icra başçısına və onun qolçomaxlarına minnətçi düşsədə, nə onun birliyi, nədə ki, 14 ha torpaq ərazisi ona qaytarılır. İcra başçısının haqsızlığına düçar olan sahibkar başına gələnləri prezidentə yazır. Ölkə başçısı dərhal sahibkarın səsinə səs versədə, icra başçısı prezidentin məktubuna sayqısızlıq edərək problemin həllində maraqlı olmur. Və sahibkarı çağırtdıraraq təhdid edir. Başına gətrilən müsübəti, öz sözləri ilə video çəkliş etdirən sahibkar, həmin anları ictimayətə və ölkə başçısına təqdim etmək üçün redaksiyaya göndərib. (bakunews)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300