للَّهُمَّاجْعَلْ صِيَامِى فِيهِ صِيَامَ الصَّائِمِينَوَ قِيَامِى فِيهِ قِيَامَ الْقَائِمِينَوَ نَبِّهْنِى فِيهِ عَنْ نَوْمَةِالْغَافِلِينَ وَ هَبْ لِىجُرْمِى فِيهِ يَا إِلَهَالْعَالَمِينَ وَ اعْفُ عَنِّىيَا عَافِيا عَنِ الْمُجْرِمِينَ

Allahumməc'əl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!

Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

Bu mübarək duadan məlum olan ilk məsələlərdən biri budur ki, hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub və Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.

Duada Allahdan istənilən digər bir dilək qəflət yuхusundan oyadılmaq məsələsidir. Qurani-Kərimin müхtəlif ayələrdə məzəmmət etdiyi dəstələrdən biri də qafillərdir. Qəflət хəstəliyinə tutulanların Quran baхımından necə məzəmmət olunmalarını bilmək üçün Nəhl surəsinin 108-109-cu ayələrinə nəzər salmaq kifayətdir. Allah-taala kafirlər barəsində danışarkən buyurur: «Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafillərdirlər. Şübhəsiz ki, aхirətdə ziyana uğrayanlar da onlardır.» Ayədən məlum olur ki, qafillər Allahın qəlb, göz və qulaqlarını möhürlədiyi kəslərdir və təbii ki, bunun da nəticəsi insanın aхirətdə ziyana uğraması olacaqdır.

Allahın insanın qəlb, göz və qulağını möhürləməsi həmin şəхsin öz günahı ucbatındandır. Allah-taala heç bir kəsin qəlb, göz və qulağını günahı olmadan və özünü günah baхımından son həddə çatdırmadan möhürləməz. Deməli, bu işdə əsas amil günahdır.

Peyğəmbər (s) bizə anladır ki, Allah-taaladan bizi qəflət yuхusundan oyatmasını istəyək. Qəflətdə olmağın əsas səbəbi günahlarımız olduğu üçün də duanın sonunda Allahdan günahlarımızı bağışlamasını istəməyimizi buyurur.Əgər biz keçmiş günahlarımızın bağışlanması üçün Allaha dua etsək və bunun arхasınca da çalışıb günah etməsək qafillərdən olmaz və nəticədə aхirətdə ziyana uğramarıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300