Xaçmaz rayonunun"Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən qəsəbə kənd təsərrüfatının yüksək inkişafı ilə tanınır. Üç minə yaxın əhalisi olan bu yaşayış məntəqəsi hazırda içməli su ilə bağlı çətinlik yaşayır. Qəsəbəni içməli su ilə təmin edən su anbarına verilən elektrik enerjisi dayandırılıb. Bu səbəbdən sakinlər üç gündür içməli su qıtlığı yaşayır.

Ümumiyyətlə, 700-ə yaxın təsərrüfatı su ilə təmin edən sayğacda enerji borcunun olduğu bildirilir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin "Yeni Həyat" qəsəbəsi üzrə icra nümayəndəsi Güləddin Sədiyev "Report”a açıqlamasında bildirib ki, artezian quyusuna qoyulan sayğacın 12 min manat borcu var: "Xaçmaz Elektrik Şəbəkəsinin əməkdaşları borc ödənmədiyindən elektrik enerjisinin verilişıni dayandırıblar. Sakinlər uzun müddətdir istifadə etdiyi elektrik enerjisinin pulunuödəmir. Sayğac şəbəkədən ayrılandan sonra üç gün ərzində yerli bələdiyyə 1000 manat pul yığa bilib. Elektrik enerjisi verilişinin bərpası üçün borc tam ödənilməlidir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300