Azərbaycan Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda növbəti diskussiya keçirildi
Uluyol.info xəbər verir ki, 27 may 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi məsələlər üzrə müavinliyinin təşkilatçılığı ilə "Azərbaycan Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda növbəti diskussiya keçirilib. Öncə tədbirdə Azərbaycanın dövlət himni oxundu, daha sonra Azərbaycan şəhidlərinin ruhları bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə açan BAO başqanının ideologiya məsələləri üzrə müavini Dilavər Əzimli bildirdi ki, Azərbaycan Cümhuriyyətinin yaranması Türk tarixinin şanlı səhifələrindən biridir.
Sonra AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru, M.Ə.Rəsulzadənin tarixi-fəlsəfi irsinin araşdırmaçısı Faiq Ələkbərli mövzu üzrə geniş məruzə ilə çıxış etdi. F.Ələkbərli bildirdi ki, Şimali Azərbaycan türklərinin istiqlal uğrunda mübarizəsi 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra Qacarların çar Rusiyasına məğlubiyyətilə başlamışdır. Onun sözlərinə görə, hazırda Azərbaycan tarixi kitablarında Azərbaycan Milli Azadlıq Hərəkatının 1875-ci ildən başlandığı göstərilir ki, bu bağışlanmaz tarixi yanlışlıqdır. Çünki bu zaman 1828-ci ildən 1875-ci ilədək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, üsyanlar qaldırmış Azərbaycan türklərinin mücadiləsi zərbə altında qalır.
F.Ələkbərli onu da bildirdi ki, Şimali Azərbaycam türklərinin istiqlalı uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin öndərliyi danılmaz bir faktdır: "Hər kəs birmənalı şəkildə bilməlidir ki, 1918-ci ilin mayın 28-də bəyan edilən dövlətimizin adı Azərbaycan Cümhuriyyəti, onun qurucusu və ilk dövlət başçısı M.Ə.Rəsulzadə olmuşdur. Bu heç də Cümhuriyyətin qurulmasında iştirak etmiş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan Topçubaçaşı və başqalarının əməyinin danılması demək deyildir. Bir dövlətin bir qurucusu olar; Azərbaycan Cümhuriyyətinin qurucusu, ideoloqu M.Ə.Rəsulzadə olmuşdur. Rəsulzadənin Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan və başqa türk aydınlarımızdan əsas fərqi o idi ki, onlardan biri Osmanlı Türkiyəsinin liderliyi ilə türkçülüyün ya da islamçılığın öncüllüyündə vahid dövlət arzuladıqları halda, Rəsulzadə dünyada müstəqil Türk dövlətlərinin yaranması və bir gün həmin türk dövlətlərinin Türk Federasiyası şəklində birləşməsi fikrinin tərəfdarı olmuşdur. Hesab edirik ki, Rəsulzadənin irəli sürdüyü ideya 100 il əvvəl olduöu kimi bu gün də daha aktual və gerçəkçidir”.
Azərbaycan türk aydını onu da qeyd etdi ki, Rəsulzadə də Azərbaycan adlı bir dövlətin varlığı ideyası 1909-1911-ci illərdə Qacarlarda olan zaman meydana çıxmış, daha sonra 1911-1913-çü illərdə İstanbulda olarkən Türkçülük, İslamçılıq və Müasirləşmək ideyalarıyla bütövləşmişdir: "Rəsulzadə bu ideyaları Ziya Gökalpdan mənimsəmişdir ki, Gökalpın da bu məsələdə ustadı Əli bəy Hüseynzadə olmuşdur. 1913-cü ildə Bakıya qayıdan Rəsulzadə bir tərəfdən Türkçülük, İslamçılıq və Müasirləşmək ideyalarını müdafi etmiş, digər tərəfdən həmin ideyaları Azərbaycan məfkurəsiylə uzlaşdırmışdır. Rəsulzadə Azərbaycan ideyasını ortaya atmaqla Qafqaz Türkləri ilə Güney Azərbaycan türklərinin eyni millət olduğunu, onların bir ad daşıdıqlarını ifadə edirdi: Azərbaycan türkü. Bu baxımdan 1918-ci ildə qurulan dövlətimizə Azərbaycan adının verilməsi Azərbaycanın bütövlüyünə hesablanmışdır. Əgər o zaman Cümhuriyyətimizə Oğuzusatan, Xəzəristan, Qafqaz Türk Respublikası adlarından biri verilsəydi o zaman bizlər Güney Azərbaycan Türklərinə bu gün Anadolu Türklərinə baxdığımız kimi yanşacağdıq. Ancaq Azərbaycan adı Təbrizli ilə Bakılını, Xoylu ilə Gəncələni ət və dlrnaq kimi birləşdirir”.
F.Ələkbərlinin sözlərinə görə, bu gün dünyada Azərbaycan adlı bir dövlət varsa, ilk növbədə Rəsulzadəyə borcluyuq. Çünki Rəsulzadə Azərbaycan adını coğrafi anlamdan siyasi məfkurəyə gətirmiş və ona yeni bir status vermişdir. Ələkbərliyə görə, bütün bunların qarşılığında Rəsulzadəni və onun silahdaşlarını İrəvanın və ətrafının ermənilərə güzəştə gedilməsində ittiham etmək böyük haqsızlıqdır. Çünki Cümhuriyyət yararnda bir əsgəri belə yox idi. Ona görə də Osmanlı dövlətinin hərbi yardımıyla torpaqlarının xeyli bir qisminə sahib çıxa bilmişdir. Ələkbərli: "Ancaq o da bir gerçəklikdir ki, Azərbaycan türklərinin ən ağır günlərində ona hərbi yardım edən Osmanlı dövlətinin təsiri altında ilk bayrağımız qırmızı rəngin fonunda aypara və səkkizguşəli olmuşdur. Yalnız 1-ci Dünya müharibəsinin sonunda Osmanlı məğlub tərəf olaraq Azərbaycandan da qoşunlarını çıxartmağa məcbur oldu ki, belə bir məqamda Cümhuriyyətimiz tam müstəqil olmasını ortaya qoymaq üçün üçrəngli bayrağı qəbul etdi. Beləliklə, bu gün başımızın üzərində dalğalanan üçrəngli bayraq Azərbaycanın sözün həqiqi mənasında müstəqilliyinin rəmzi oldu!”.
Sonra tədbir tədbir iştirakçılarından Cavanşir Beydullayev, Dursun Əlmas, Nəcəfalı Cahangirli, Aydın Mədətoğlu b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlər ilə diskussiya davam etdirildi.

Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.Şirvani Ədilli adlı şəxsin şəkli.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300