Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib.

APA-nın "Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Pekin 2017-ci ilin yanvar ayından başlayaraq İran şirkətlərindən alınan neft-kimya məhsulları ilə əlaqədar İran şirkətlərinə vəsait ödənilməsinə qadağa qoyub.

İranın neft-kimya məhsullarının 40 faizi məhz Çinə ixrac olunur. Çinə satdıqları malların pullarını ala bilməyən İran şirkətləri çətin duruma düşüb və məsələ ilə əlaqədar İran prezidentinin birinci müavini İshaq Cahangirzadəyə məktub yazıb.

İran ABŞ və Səudiyyə Ərəbistanının təzyiqi ilə Çinin İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdiyi qənaətindədir. İran iqtisadiyyat naziri problemin müzakirəsi və aradan qaldırılması üçün dünən Çinə səfərə yollanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300