Ramazan ayında qidalanma rejiminin dəyişməsi, yuxusuzluq, uzun müddət ac və susuz qalmaq baş ağrılarına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə baş ağrılarından xilas olmağın yolları aşağıdakılardır:

"Ramazanda uzun müddət ac və susuz qalmaq qan təzyiqi ilə yanaşı qanda şəkərin də faizini aşağı salır və baş ağrıları da bu səbəbdən yaranır. Miqren xəstəliyindən əziyyət çəkən insanlarda bu ağrılar daha da şiddətlənir”.

Həkimlərin sözlərinə görə, Ramazanda həddindən artıq yağlı və duzlu qidalardan uzaq durmaq lazımdır.

Ramazanda insanlar imsaka durduğu üçün ənənəvi yuxu rejimi pozulur. Yuxusuzluğun yaratdığı stress də baş ağrılarına səbəb olur. Bu müddətdə xüsusilə yuxunu qaçıracaq kofein tərkibli maye və qidalardan uzaq durmaq lazımdır. Yuxudan əvvəl duş almaq faydalı ola bilər. Baş ağrılarından qorunmaq üçün xəfif və sağlam qidalar yemək faydalıdır. İftar və imsak arası çoxlu su içmək önəmlidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300