Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

Onun sözlərinə görə, qeyd edilən xəstəliklər "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”na daxildir:

"Həmin yüklər artıq saxlanılıb və müvafiq tədbirlər həyata keçirilir. Yəqin ki, bununla bağlı Rusiya tərəfinə rəsmi məlumat veriləcək".

C.Quliyev deyib ki, Rusiyadan gətirilən qarğıdalının çəkisi 1 ton 500 kq-a yaxındır:

"Həmin məhsul Azərbaycana "Giləzi quşçuluq” şirkəti tərəfindən gətirilir. Bu, ərzaq qarğıdalısıdır, amma yəqin ki, quşçuluqda yem kimi istifadə edilir. Amma aşkarlanmış yovşan yarpaqlı ambroziya karantin növü olduğu üçün belə qarğıdalının ölkəyə gətirilməsi qadağandır”.

C.Quliyev əlavə edib ki, Azərbaycana Rusiyadan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmin aşkarlandığı buğdanın çəkisi 2 ton 300 kq-dır:

"O, Azərbaycana ölkəmizdəki dəyirmanlardan biri tərəfindən ün üyüdülmək məqsədilə gətirilir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300