Son həftələr hakim partiyanın reytinqinin xeyli aşağı düşməsinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. O, bunu birbaşa olmayan teledebat zamanı bildirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son rəy sorğularının nəticələrinə əsasən, "torilər” perspektivdə İcmalar Palatasında hakim çoxluğu itirməklə qarşılaşa bilər.

"Siz seçkiləri partiyanın rifahı naminə keçirirsiniz, amma bu, sizin əleyhinizə yönələcək”, - deyə diskussiya iştirakçısı yerindən səslənib.

"Yox, - Mey onun sözünü kəsib. – Mən hesab edirəm ki, Britaniya xalqının "brexit” məsələsi üzrə danışıqları aparacaq lider qismində görmək istədiyi şəxsi müəyyənləşdirmək üçün səs hüququ olmalıdır. Mən ümumi seçkilərə buna görə çağırmışam”.

Baş nazir əmin olduğunu deyib ki, Avropa İttifaqı ilə yaxşı sövdələşməyə nail ola biləcək.

Sonra səhnəyə Leyboristlər partiyasının lideri Ceremi Korbin çıxıb. Ona belə bir sual ünvanlanıb: "Britaniyalılar "brexit” üzrə danışıqlarda nə üçün sizə və sizin silahdaşlarınıza etibar etməlidir?”. Korbin suala cavabında deyib: "Biz dəqiq bilirik ki, "brexit” nədir. Referendum keçirilib. Qərar qəbul olunub. Biz Avropa İttifaqını tərk edirik. Bizim təcrübəli insanlardan ibarət əla komandamız var. Keyr Starmer ölkədə ən aparıcı hüquqşünaslardan biridir. Mən hesab edirəm ki, "brexit” danışıqlarını bu məsələ ilə məşğul olanların hamısından çox ona etibar etmək olar”.

Xatırladaq ki, Böyük Britaniyada növbədənkənar parlament seçkiləri iyunun 8-də keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300