ABŞ Dövlət Departamenti Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbsinə münasibət bildirib.

"Birləşmiş Ştatlar mayın 30-da azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən qaçırılaraq, daha sonra Azərbaycanda həbs edilməsini dərin narahatlıq hissi ilə qarşılayır. Biz həmçinin mayın 25-də Azerbaycanda Xalq Cəbhəsi partiyasının sədr müavini Gözəl Bayramlının da həbsinə görə narahatıq.

Biz Azərbaycan hökümətini beynəlxalq və ATƏT qarşısındakı öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlarını icra etdiklərinə görə həbs olunanları azadlığa buraxmağa çağırırıq.

Biz Gürcüstanda oğurlanma ilə bağlı aparılan istintaqı yaxından izləyirik və bu istintaqın ətraflı, şəffaf və vaxtında aparılmasına çağırırıq" ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300