Göyçay rayonunda yeniyetmə qız intihara cəhd edib.
"Report"un Şirvan bürosunun xəbərinə görə,
rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə
sirkə turşusu içib.
Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi
Xəstəxanasına aparıblar. Xəstəxanadan "Report"a verilən məlumata görə,
Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı
üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.