Siqaret qutularının üstündəki tarixlər rəsmi izahatı alt-üst etdi


Ötən ilin dekabrın 21-də olan devalvasiyadan sonra siqaret məhsullarının qiyməti təqribən 50 faiz qaldırıldı. Yanvarın 8-də siqaret çəkənlər daha bir sürprizlə üzləşiblər. Siqaretin qiymətlərində 20-30 faiz artım müşahidə olunub. Bu dolların yenidən bahalaşması ilə əlaqələndirilir.

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco İnternational Baku”danbildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır və gün ərzində ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hal-hazırda satışda olan siqaretlərin demək olar ki, hamısının istehsal tarixi ən azı 2-3 ay bundan əvvələdir. Deməli, həmin məhsullar anbarlardan satış məntəqələrinə göndərilib.

Əməkdaşımızın satış məntəqələrində olan siqaretlərin üzərində olan istehsal tarixlərinin fotolarını təqdim edirik.

İqtsadçı-ekspert Vahid Məhərrəmovun araşdırmasına görə: "Son illərdə Azərbaycanda siqaret çəkənlərin sayı həddindən artıq çoxalıb. Dünyada istehsal olunan siqaretlərin sayını siqaret çəkənlərin sayına böldükdə, digər ölkələrdə adambaşına düşən siqaret qutusunun sayı 40 ədəd olduğu halda, ölkəmizdə bu göstərici rəsmi statistikaya görə 53 ədəddir. Amma bəzi mənbələrdən aldığım məlumata görə, bu rəqəm 74 qutudur. Halbuki 10 il əvvəl tələbat 20 qutu olub”.

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300