Bəs intihara meyil edən, illərlə evlənmək istəməyən, çimməyən və s. ruhi xəstələri müalicə etmək mümkündürmü?

Bir neçə gün öncə moderator.az saytında "Şeytan və cinlər insanların fikirlərini oxuya bilirmi?” başlıqlı yazımızdan daha bir neçə sual meydana çıxdı: Cinlər insanlara konkret hansı ziyanları vura bilərlər? Və onların zərər vurduqları "ruhi xəstə” adlandırdığımız adamları müalicə etmək mümkündürmü? Həmin sualları elmi-lədun araşdırmaları ilə saytımızda tez-tez çıxışlar edən, tanınmış psixoterapevt Paşa Yaquba ünvanladıq. Onun cavabını oxucularımıza təqdim edirik:

 

"Cinlər insanların səhhətində fəsadlar törədən neqativ enerjidir” 

 

- Allah-təala Quranda buyurur ki, "Biz hər bir Peyğəmbər üçün cinlərdən və insanlardan düşmənlər yaratdıq"”. Cinlər və şeytanlar neqativ enerjidirlər və düşdükləri yerdə fəsad törədirlər. Necə ki, virus, bakteriya düşdüyü yerdə fəsad törədər. Yeri gəlmişkən, Peyğəmbərimiz(s) bir hədisində: "Dırnağınızı kəsin, onun altında şeytan gizlənib” buyurur. Müasir tibb elmi həmin fikri belə ifadə edir: "Dırnağınızı kəsin, çünki, altında mikroblar, bakteriyalar gizlənib”. Göründüyü kimi, hər iki fikirdə mahiyyət eynidir; bir vaxt şeytan adlandırılan nəsnəni, indi virus, mikrob adlandırırlar.

 

"Depressiya – "cin” adlandırdığımız neqativ enerjinin törətdiyi fəsaddır”

 

 

 

Elmi-lədun araşdırmalarımız göstərir ki, cinlər neqativ enerjidirlər; onlar hər bir insana daxil ola bilirlər. Bu cür enerji daxil olan insanda ilk növbədə əsəbilik müşahidə edilir. Daha sonra baş, çiyin ağrıları, oynaq ağrıları, yuxuda diksinmələr, qorxu, qarabasma, ürək döyüntüləri, həyəcanlanmalar, müxtəlif xəstəliklər, uğursuzluqlar görünməyə başlayır... Necə ki, kompüterimizə virus düşəndə onu dondurur, müxtəlif fayl və proqramları silir, neqativ enerji (cin şeytan) də insan aurasına daxil olanda insanın həyatını dondurur və səhhətində, sağlamlığında fəsadlar yaradır. Bu cür insanlar qərarsız olurlar. Yəni bir yerdə qərar tuta bilmirlər, darıxırlar, səbirsizləşirlər. Həmçinin bu enerji insan qəlbindəki sevgi hissini (oxu: faylını, proqramını) pozaraq, yerinə nifrət, inamsızlıq "yazır”. Nəticədə, qəlbinə həmin enerji dolmuş şəxs dünənədək sevdiyi şəxsə bu gün niftət etməyə başlayır, insanlardan uzaqlaşır, heç kəsə inanmır və özünə qapanır. Buna psixologiya elmində depressiya deyilir. Əslində isə, bu həmin neqativ enerjinin (dində buna cin, şeytan deyilir) törətdiyi fəsaddır.

 

"İllərlə evlənmək istəməyən, çimməyən, özlərinə qapılan xəstələrin bədənindən qara enerjini çıxarmaq mümkündür...”

 

Bu bəlalardan sonra insanda yuxarıda sadaladığım əlamətlər, ağrılar baş verir. Ağır hallarda insan intihara meyilli olur və qarşısı alınmazsa, bunu reallaşdırır. Ən pisi də odur ki, bu cür insanlarda inam hissi itdiyindən, heç vaxt həkimə, yaxud psixoloqa müraciət etmək istəmirlər. Belə halda gərək xəstənin sahibi ağıl nümayiş etdirsin və onu aldadaraq müalicə etdirsin. Məsələn, mən bu cür depressiyaya düşüb on ildən çox bağlı otaqda qalan və atasından başqa heç bir ailə üzvü, qohumları ilə görüşməyən, iki ildir çimməyən və paltarını dəyişməyən (!) pasiyentimə özümü işıq ustası kimi təqdim edib, çətinliklə otağa daxil olmuşam və özü də hiss etmədən onu seans etmişəm. Nəticədə pasiyent normal həyata qayıdıb. Təcrübəmdə buna bənzər çox hallarla qarşılaşmışam. Amma, təəssüflər olsun ki, çox valideynlər bu üsuldan istifadə etmirlər və xəstə istəmir deyə, onu müalicə etdirmirlər. Nəzərə alın ki, körpə uşaq heç vaxt çimmək istəmir və suya salanda qışqıraraq müqavimət göstərir. Buna baxmayaraq, ana çimməyin faydasını və vacibliyini dərk etdiyindən müqavimətə məhəl qoymayaraq uşağı zorla da olsa çimizdirir. Depressiyaya düşərək özünə qapanan, ailə qurmaq istəməyən (Bəzi neqativ enerjiylə yüklənmiş insanlar ailə qurmaq istəmirlər və onlara elə gəlir ki, istəsələr ailə qurarlar, sadəcə, özləri istəmirlər) yaxınları da bu cür davranmalıdırlar. Yəni, onlara məcburi qaydada seans keçirməlidirlər. Məlumunuz olsun ki, bu cür "qara enerji”dən təmizlənmək heç də problem deyildir. Sadəcə bacarıqlı mütəxəssisə müraciət etmək gərəkdir...

 

Sultan Laçın, moderator.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300