Bu gün Atatürk Mərkəzində fəlsəfə doktoru Faiq Ələkbərlinin "Turan Sivilizasiyasına Giriş: Turan Məfkurəsi və Tanrıçılıq" kitabının təqdimat mərasimi keçirilib.

Uluyol.info xəbər verir ki, APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlımonoqrafiyanın tarixi həqiqətlərin aşkara çıxmasında çox böyük önəmə malik olduğunu deyib. Kitabda türk xalqlarının təşəkkülü ilə bağlı etnogenezi, dini-fəlsəfi dünyagörüşünün geniş şəkildə araşdırıldığını deyən S. Rüstəmxanlının sözlərinə görə, illərlə Azərbaycan tarixi məhdud ərazi çərçivəsində tədqiq olunub: "Ancaq həqiqət bundan ibarətdir ki, tariximiz türk dünyasının tarixindən kənarda yazılmamalıdır. Çünki Azərbaycan türk dünyasının mərkəzidir. Ona görə də bu gün təqdim olunan kitab bizim tarixşünaslığımız üçün son dərəcə vacib mövzuya həsr olunub”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının ( TÜRKPA) baş katibi Jandos Asanov qeyd edib ki, turançılıq dünyada ən qədim sivilizasiyalardan biridir: "Turançılıq ideologiyası tədqiqatçılar və bizim üçün hər zaman böyük maraq oyadıb. Bu baxımdan mən Faiq Ələkbərlinin bu araşdırmasını çox mühüm hesab edirəm".

AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli isə çıxışında deyib ki, kitab yeni tədqiqatlara yol açacaq. O qeyd edib ki, turançılıq fəlsəfəsi və türkçülük əsərin müəllifi Faiq Ələkbərlinin tədqiqatlarında əsas rol oynayıb: "Düşünürəm ki, bu kitabda fəlsəfi dəyərlərlə yanaşı, çox zəngin faktlara da yer verilib. Kitabda türkçülük əleyhinə sovet dönəmində yazılan əsərlər araşdırılıb və onların əsassız olduğu sübuta yetirilib. Bu baxımdan kitab çox ciddi elmi araşdırma kimi qiymətləndirilə bilər".

Müəllif F. Ələkbərli isə deyib ki, kitabı yazmaqda məqsədi türk xalqının fəlsəfəsini araşdırmaq və bunu təbliğ etməkdir: "Mənim babalarımın inandığı bir yol olub, bu da türçülük-tanrıçılıqdır. Biz də öz övladlarımıza öz yolumuzu göstərməliyik. Bizim yolumuz Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin yoludur. Bu əsərlərlə gənclərə öz tarixini xatırladırıq, yol göstəririk. Bu, özünə qayıdışdır. Mən Turandan yazmaqla qürur duyuram".

Tədbir çıxışlarla davam etdirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300