NATO Rusiya ilə dialoqa hazırdır və yeni "silah yarışı” başlamaq istəmir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni "soyuq müharibə”və "silah yarışı” başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür”, deyə Y.Stoltenberq bildirib.

Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300