"Xaç atası" filmi kinematoqrafiya tarixində ən yaxşı film adına layiq görülüb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, reytinq Böyük Britaniyanın nüfuzlu "Empire" jurnalının kinosevərlər arasında apardığı sorğu nəticəsində müəyyənləşdirilib.

Frensis Ford Koppolanın 1972-ci ildə çəkdiyi film məşhur trilogiyanın birinci hissəsidir. Film 1945-1955-ci illər zamanı Nyu Yorkun Siciliya əsilli Korleone mafioz ailəsindən bəhs edir.

İkinci yerə 1980-ci ildə İrvin Kerşnerin çəkdiyi "Ulduz müharibələri. 5-ci epizod - İmperiya cavab zərbəsi endirir” filmi layiq görülüb. Bu lent ötən il reytinqə başçılıq edib. Üçüncü yerə 2008-ci ildə Kristofer Nolan tərəfindən çəkilən "Qara cəngavər” filmi layiq görülüb.

İlk onluğa həmçinin "Şouşenk həbsxanasından qaçış”, "Kriminal qiraət”, "Yaxşı oğlanlar”, "İndiana Cons. İtirilmiş Nuhun gəmisini axtararkən”, "Çənələr” və "Üzüklər hökmdarı.Üzük qardaşlığı” filmləri daxil olub.

Jurnalın sorğusunda 20 min kinosevərlər iştirak edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300