Ankara Şimali İraqdakı kürd muxtariyyatında müstəqillik referendumunun keçirilməsinə dair qərara sərt reaksiya verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım Şimali İraq rəhbərliyinin muxtariyyat ərazisində müstəqilliklə bağlı referendum keçirilməsi haqqında qərarına kəskin münasibət bildirib.

Məlumata görə, Yıldırım bu addımı "məsuliyyətsizcəsinə verilən qərar” adlandıraraq, ölkəsinin İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib:

"Bizim buna münasibətimiz açıq və qətidir. Biz İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Bütün iraqlıların bir arada, bir dövlət olaraq yaşamasını istəyirik. Bölgəmizdə kifayət qədər problem var. Yeni problem yaratmaq doğru deyil. Bunun məsuliyyətsizcəsinə verilmiş qərar olduğunu düşünürük”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300