Empati bacarığın qaranlıq tərəfləri haqqında çox az danışılır.

 

Bütün bunlara baxmayaraq, empatinin qaranlıq tərəfləri var və bu empati quran şəxsin həyatını zəhərləyir.Empatiya nədir? Empatiya- Özünü başqa bir vətəndaşın yerinə qoymaq, onun düşüncələrini, hisslərini və fikirlərini anlamaq deməkdir. Bəs empat kimlərə deyilir? Empat o insalara deyilir ki, həmin şəxs başqasının emosiya və hisslərini, fikirlərini müxtəlif vəziyyətdə dəqiqliklə anlamaq qabiliyyətinə malikdir. Elmə hələ də məlum deyil ki, empatların bu qabiliyyəti necə əmələ gəlib, inkişaf edir. Amma bir çoxları düşünür ki, bu genetikdir və DNK vasitəsilə ötürülür. Bu necə idarə olunur?

 

Güzgü Dəyişim İnkişaf Mərkəzinin rəhbəri psixoloq Fərqanə Mehmanqızı TİA.AZ-a bildirdi ki, hər kəsə məlumdur ki, bütün dünya enerjisi həmçinin aura vasitəsilə təmasdadır:

 

"Hesab edilir ki, empati bacarığı olanlar ətrafdakı enerjinin dəyişilməsi, xeyir və şər olmasını əvvəldən hiss edir. Empatlar ətrafdakıların vəziyyətinə, hiss və həyəcanlarına biganə yanaşmırlar. Belə ki, onlar qayğıkeş, həssas, məsuliyyətli və qəlbi təmiz olur. Məhz buna görə də "Empatların qaranlıq tərəfləri var” deyəndə hər kəsə qəribə gəlir. İnsanların çoxu empatlardan diqqət və dəstək gözləyir. Bu da onu göstərir ki, empatlar bu dünyada bizim gördüklərimizdən daha çox hadisə ilə qarşılaşırlar. Daha çox hadisə ilə qarşılaşmaları isə həyatlarının müəyyən bir hissələrində problem yaradır. Empatlar öz emosiyalarını idarə edə bilmir. Düşünə bilərik ki, onlar emosiyaları yaxşı anladığına görə öz emosiyalarını rahat idarə edə bilər. Yanılırsınız...Empatlar hər zaman öz emosiyalarını düzgün idarə etmək üçün çalışırlar. Başqalarının kədərini hədsiz dərəcədə hiss edən empatlar buna görə depressiyaya da düşə bilər”.

 

Psixoloq deyir ki, bir empat üçün öz emosiyalarını digər insanların emosiyalarından ayırmaq, eləcə də başqa empat tapıb, öz fikirlərini paylaşmaq olduqca çətindir. Belə ki, mənfi enerji ilə çox qarşılaşmaq onları gücsüz edir: "Müxtəlif növ enerji və hisslərlə eyni anda yüklənən empatlar ətrafda baş anlamaq üçün çox tez yorulub, özlərini əzgin hiss edirlər. Mənfi enerjiyə daha həssas olan empatlar həmçinin mənfi enerjini də tez qəbul edirlər. Nəticədə verənləri isə bu onların kefinin pozulmasına səbəb olur. Mənfi enerji hiss edən zaman onlar tez yorulur. Empatlardan istifadə edirlər. Onlar xeyirxah və güvənli insanlar olduqlarına görə vicdanı təmiz olmayan insanlar istifadə edir. Təbiətən xeyirxah və qayğıkeşdirlər. Elə bu cəhətlərinə görə empatlar hansı ki, alıb qarşılığında heç nə verməyənləri özlərinə daha tez cəlb edir. Empat istifadə olunub, aldadıldığını bildiyi zaman depressiyaya düşür. Qarşılıq gözləmədən, öz xeyirlərini düşünmədən hərəkət edən empatlar stress və narahatlıqdan yorulur, özlərinə diqqət etmirlər”. Empatların çox nadir hallarda aşiq olduğunu dilə gətirən mütəxəssis, onların həyatın hər cür qəddarlıqlarından, onlara ağrı veriləcəyindən qorxurlar:

"Empatlar özlərinə hədsiz sevgini icazə verməzlər. Çünki, onlar düşünür ki, böyük sevgi və ehtirasın öhtəsindən gələ bilməzlər. Düşünürlər ki, ağır bir yük daşıyırlar. Empatlar hər gün külli miqdarda müxtəlif enerji informasiyası alan qərəzsiz insanlardır. Onlar düşünür ki, hər kəsə kömək etməlidirlər. Amma məsələ bundadır ki, onlar hamıya kömək edə bilməzlər. Bunlara rəğmən empatlar nə qədər ağır olsa da tanımadıqları, yad adamların problemlərini həll etməyə çalışar. İnsanların çətinlik çəkməsinə icazə verməzlər. Son qərar olaraq, empatlar qəbul etməlidir ki, dünyanın bütün problemlərini həll etmə gücündə deyillər”.

İlahə, Tia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300