Korrupsiyaya qarşı mübarizə mitinqinin əsas təşkilatçısı olan Aleksey Navalnı öz evinin qarşısında həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Aleksey Navalnının həyat yoldaşı Yuliya öz Tvitter səhifəsində paylaşıb. O, Navalnının mitinqin təxirə salınmadığını bildirib.

Navalnının həbsi ilə yanaşı onun rəhbəri olduğu Korrupsiyayla Mübarizə Fonduna qarşı da təyziqlər artıb. Fondun ofisinə verilən elektrik enerjisi dayandırılıb. Bununla bərabər internet əlaqəsində də problemlər yaranıb.

Rusiya rəsmiləri isə Navalnını provokator adlandırıblar. Bu iddianı, xüsusilə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Daxili İşlər naziri Vladimir Kolokolçev səsləndirib.

Qeyd edək ki, dünən axşam Aleksey Navalnı Moskvanın Saxarov prospektində korrupsiyaya qarşı keçiriləcək mitinqlə bağlı hakimiyyətlə razılığa getməyəcəyini bildirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300