Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, siyahıya "böyük beşlik” ölkələrində (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) çıxış edən 110 futbolçu daxil edilib.

Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. İlk pillədə "Barselona”nın braziliyalı hücumçusu Neymar qərarlaşıb. "Sambaçı”nın transfer qiyməti 210,7 milyon avro məbləğində dəyərləndirilib. Onu "Tottenhem”in iki üzvü – Dele Alli və Harri Keyn izləyirlər.

Messi 4-cü, Ronaldo isə 11-ci yerdə qərarlaşmaqla kifayətlənib.

1. Neymar – 210,7 milyon avro (25 yaş. "Barselona” – müqavilə müddəti 2021-ci ilə qədər)
2. Dele Alli – 155,1 milyon (22 yaş. "Tottenhem” – 2022)
3. Harri Keyn – 153,6 milyon (23 yaş. "Tottenhem” – 2022)
4. Lionel Messi – 151,7 milyon (30 yaş. "Barselona” – 2018)
5. Antuan Qrizmann – 150,3 milyon (25 yaş. "Atletiko” – 2021)
6. Luis Suares – 140,8 milyon (30 yaş. "Barselona” – 2021)
7. Pol Poqba – 134,3 milyon (24 yaş. "Mançester Yunayted” – 2021)
8. Qonsalo İquain – 120,2 milyon (29 yaş. "Yuventus” – 2021)
9. Eden Azar – 117,2 milyon (26 yaş. "Çelsi” – 2020)
10. Paulo Dibala – 115,3 milyon (23 yaş. "Yuventus” – 2022)
11. Kriştianu Ronaldo – 112,4 milyon (32 yaş. "Real” – 2021)
12. Kevin de Bruyne – 110,5 milyon (25 yaş. "Mançester Siti” – 2021)
13. Romalu Lukaku – 105,4 milyon (24 yaş. "Everton” – 2019)
14. Robert Levandovski – 100,6 milyon (28 yaş. "Bavariya” – 2021)
15. Rahim Sterlinq – 98,8 milyon (22 yaş. "Mançester Siti” – 2020)

Qeyd edək ki, dəyərləndirmə aparılarkən bir çox amillər - futbolçunun müqavilə müddəti, klubunun çıxışı, fərdi oyunu, yaşı, meydandakı mövqeyi və milli komandadakı çıxışı nəzərə alınır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300