İran təhlükəsizlik qüvvələri
ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar.
Xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata
keçirilib.
Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda
partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb.
Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.