Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Bakı” ilə yoxlama matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət verib.
Komanda iyunun 16-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya gedəcək.