Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya iyunun 14-də Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.

Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmalıdırlar.

Musavat partiyası Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəylinin verdiyi məlumata görə, MSDM rəhbəri İsa Qəmbər Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binasına daxil olub.

Müsavat başqanı Arif Hacılı, Partiyanın divan üzvləri və başqan müavinləri Elman Fəttah, Alya Yaqublu, Razim Əmiraslanlı, Fərəc Kərimli, Səxavət Soltanlı, vəkil Nemət Kərimli, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, bir çox Müsavat fəalları və jurnalistlər istintaq idarəsinin qarşısına gözləyirlər. (bastainfo.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300