Müsavat Partiyası iyunun 16-da Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin Baş Prokurorluğa çağırılması ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, "bastainfo.com” saytının baş redaktoru Müstafa Hacibəyliyə Gürcüstanda oğurlanaraq Bakıda həbs edilən jurnalist Əfqan Muxtarlı haqqında yazılan yazılarla bağlı xəbərdarlıq edilib.

 

"Müsavat Partiyası hesab edir ki, Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi "Əfqan Muxtarlı hadisəsi və Azərbaycanda medianın vəziyyətinə dair” qətnamədən dərhal sonra Müstafa Hacibəylinin baş prokurorun müavini Rüstəm Usubovun yanına çağırılması Müsavat Partiyasına qarşı təzyiq, Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqının davamıdır.

 

Müsavat Partiyası mediaya basqılara, ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasını, eyni zamanda jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini hakimiyyətdən bir daha tələb edir", - bəyanatda deyilir.

 

(arqument.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300