Bu gün Almaniyanın Ştutqart şəhər aeroportunda təyyarədə
terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan iki nəfər saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə "Stuttgarter Zeitung” qəzeti məlumat yayıb.
Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə
saxlanılıb. Saxlanılan şəxslərin ifadələri açıqlanmayıb, söhbətin terror aktı,
yaxud uğursuz zarafatdan gedib-getmədiyi məlum deyil. Saxlanılanların yaşı və
milliyəti barədə məlumat verilmir.
"Bulgaria Air” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib,
təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Aeroportun fəaliyyəti
isə müvəqqəti dayandırılıb. Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa
edilib.
Ulu Yol Xəbər portalı » GÜNDƏM » Ştutqart aeroportunda iki şübhəli şəxs saxlanılıb
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/