"Avropa İttifaqının qapısında 54 ildir gözləyirik. Bu qədər gözlədilən başqa bir ölkə yoxdur”.

"Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu müddətdə 14 fəsillik layihənin yalnız 1 fəslinə baxılıb: "Qalan fəsillər açılsa da, bu günədək nəzərdən keçirilməyib. Əslində belə davranış düzgün deyil. Bunu da Türkiyəyə qarşı tətbiq edirlər. "Fəsilləri açın" deyirik. Çatışmazlıqlarımızı deyin. Biz onları sürətlə aradan qaldıraq".

R.T.Ərdoğanın fikrincə, Avropa İttifaqı Türkiyəyə verdiyi sözə əməl etməyib: "Bunlardan biri Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfər edə bilmələri ilə bağlıdır. Yəni, Latın Amerikası ölkələrinə Şengen vizası verən Avropa Türkiyə kimi müzakirə prosesinin içində olan bir dövlətə bunu vermir. Belə davranışı anlamaqda çətinlik çəkirik”.

Türkiyə prezidenti İranla bir sıra məsələlərdə ortaq mövqe nümayiş etdiklərini söyləyərək, rəsmi Tehranın yürütdüyü farsçılıq siyasətinin məzhəbçilikdən daha üstün olduğunu, bunun isə qəbuledilməzliyini vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300