İnsanların da kompüter kimi "yeniləmə" düyməsi varmış!

Atasından miras olaraq çox dəyərli bir məlumat alan Zu San Li haqqında bir Yapon əfsanəsi vardır: "Uzun ömür nöqtəsi" və ya "yüz xəstəliyin nöqtəsi".

 

Təqdim etdiyimiz bu yazıda "Uzun ömür nöqtəsi" və ya "yüz xəstəliyin nöqtəsi" haqqında geniş məlumat əldə edəcəksiniz:

 

Atasının tövsiyəsinə riayət edərək Zu San Li hər gün bu nöqtəni masaj edərək onlarla imperatorun hakimiyyətinə və ölümünə şahid olacaq qədər yaşayıb. Bu nöqtəni masaj etmək Uzaq Şərqdə min illərdir tətbiq edilən ən qədim müalicə metodlarından biridir. İnsan bədənində bir ilin aylarını, günlərini xatırladan 365 nöqtə və 12 major meridian var. Müəyyən orqanlarla əlaqəli olan həmin nöqtələrə və meridianlara barmaqla təzyiq edərək bir çox xəstəlikləri müaalicə etmək mümkündür. Çin təbabətində orqanizmə enerji sistemi kimi baxılır və masaj orqanların funksional fəallıqlarına, enerji axınlarına təsir göstərə bilər. Zu San Li nöqtəsini aktiv etmək yenilənmə və sağalma effekti yaradır, qocalmağın qarşısını alır. Çində bu nöqtə "uzun ömür nöqtəsi" olaraq bilinir, Yaponiyada isə "yüz xəstəliyin nöqtəsi" adlanır.

 

Zu San Li nöqtəsini necə tapmaq olar?

 

Bədənimizdə Zu San Li nöqtəsi diz qapağının bir az altındadır. Bu nöqtəni düzgün müəyyən etmək üçün əlinizi barmaqlarınız aşağı gələcək şəkildə dizinizin üstünə yerləşdirin. Ovuc içiniz dizin çoxunu örtsün, sağ əliniz sağ dizinizin üstündə olsun. Zu San Li kiçik barmağın dırnağı ilə üzük barmağının dırnağı arasındakı məsafədədir. Əgər bu şəkildə doğru nöqtəni tapmasanız, yerdə oturub ayaqlarınızı özünüzə çəkin. Ayaqlarınız hələ də yerdə olsun. Dizinizin altında daha yüksək bir sahə fərq edəcəksiniz, barmağınızı ora qoyub yavaşca basın. Məhz bu hissə Zu San Li nöqtəsidir.

 


 

 

Yaponlar niyə bu bölgəyə "Yüz Xəstəliyin Nöqtəsi" deyir?

 

Zu San Li nöqtəsi bədənimizin aşağı hissəsindəki orqanların işinə nəzarət edir. Adrenal vəziləri, böyrəklər, cinsi orqanlar, həzm kanalının normal işləməsini təmin edən onurğa beynin funksiyalarını idarə edir. Zu San Li nöqtəsini masaj edərək insan sağlamlığının qoruyucusu rolunu oynayan böyrəküstü vəzilərin fəallığını artırmış olacaqsınız. Bu vəzilər qandakı hidrokortizon, adrenalin və digər mühüm hormonları ifraz edirlər. "Uzun ömür nnöqtəsi”ni hər gün müntəzəm masaj etsəniz, bədəninizdəki adrenal vəzilərinin funksiyasını bu şəkildə normallaşdırmış olarsınız:

 

1. Qan təzyiqinin normallaşması

2. İnsulin, qlükoza səviyyəsinin normallaşması

3. Bədəndəki inflamasyonun azaldılması

4. İmmunitet sisteminin normallaşması

 

Zu San Li nöqtəsinə masaj etməyin digər faydaları:

 

- Sağlam həzm sistemi

- Bağırsaq və həzm problemlərinin aradan qaldırılması

- İflic nəticələrinin müalicəsi

- Özünə inam əldə edilməsi

- Stress və təzyiqin öhdəsindən gəlinməsi

- Daxili tarazlıq

 

Bu nöqtəni masaj etməyin cinsi zəifliyə, hıçqırığa, qəbizliyə, qastritə və sidik qaçırmağa da yaxşı təsir etdiyi də ehtimal edilir. Hətta immunitet sistemini gücləndirən bu masajın daha fit və sağlam bədənə sahib olmağı da təmin etdiyinə inanılır.

 


 

 

Zu San Li nöqtəsini nə vaxt masaj etməlisiniz?

 

Bu masaj səhər saatlarında, günorta yeməyindən əvvəl edildikdə daha təsirlidir. Hər diz üçün saat istiqamətində dairəvi hərəkətlərlə (barmağınızı yavaşca basaraq və həmin nöqtədə bir müddət saxlayaraq) təxminən 10 dəqiqə aparılmalıdır. Başlamazdan əvvəl sakit nəfəs alıb verərək və hisslərinizə konsentrasiya olaraq özünüzü sakitləşdirin. Masajı oturaq vəziyyətdə edin. Mümkün olduqca masaja konsentrasiya olun və şəfa prosesinin başlamasına icazə verin. Bu masajın xəbərdaredici təsiri vardır. Axşamlar Zu San Li nöqtəsini saat istiqamətinin əksinə masaj edənlərin həftədə 400-500 q verdikləri də deyilir.

 

Yuxunuzu qaçmaması üçün yatmağa getməzdən əvvəl bu masajı etməməyə diqqət edin. Zu San Li nöqtəsinə masajı yeni aydan 8 gün əvvəl hər səhər etməyə başlasanız qocalma prosesini ləngitmiş, immunitet sistemini möhkəmləndirmiş və yuxarıda saydığımız faydaları təmin etmiş olarsınız.

Günorta yeməyindən əvvəl bu nöqtəyə edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi də gücləndirər. Günortadan sonra isə stress, baş ağrısı, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.

Qeyd: Masaj zamanı saat istiqamətini tənzimləyərkən masaj edənin özünüz olduğuna diqqət etməlisiniz.

 

 

 Zəhra, moderator.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300