Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin yekunlarına görə istefaya gedib.
Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı açıqlamada bildirilir.
"Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, dünən Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!” hərəkatı qalib gəlib.