Baltikyanı ölkələr isə Moskvanın hərbi təlim adı altında sərhədlərdə onminlərlə əsgər və texnikanın cəmləşməsini qorxu ilə qarşılayırlar

Bu ilin sentyabrın 14-20 aralığında Rusiya və Belarus poliqonlarında "Qərb-2017” adı altında irimiqyaslı hərbi təlimlər keçiriləcək. Rusiya müdafiə naziri Sergey Şoyqu hərbi təlimlərin ssenarisi və detallarının işlənib hazırlanması zamanı NATO-nun İttifaq dövlətin (Rusiya-Belarus birliyinin rəsmi adı-red.) hüdudlarına yaxınlaşması ilə bağlı yaranan situasiyanın nəzərə alınacağını vurğulayıb.

Təlimlər əvvəlki illərlə müqayisə edilməz dərəcədə böyük ərazi və say kontingentini əhatə edir.

Məsələn, əgər 2016-cı ildəki təlimlərdə Rusiyadan Belarusa qoşunların və hərbi texnikanın daşıınması üçün 40 vaqon lazım olmuşdusa, 2017-ci ildə bu tələb birdən-birə 83 dəfə (!) artaraq 4000-dən çox vaqona çıxarılıb.

Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Rusiyada hərbi yüklərin daşınması üçün icarəyə götürülən 5265 vaqondan 4126-sı məhz Belarusa göndərilməsi nəzərtə tutulub.

Картинки по запросу Zapad 2017 4000 vaqonov

"Bütün bunlar xüsusilə Baltikyanı ölkələri və Polşanı həddindən artıq qorxudur”, Fransaın Ouest-France qəzeti yazır. Onların problemi Belarusla deyil, onun böyük qardaşı ilədir.
Adları çəkilən ölkələrin narahatlığı isə əbəs yerə deyil. Belə ki Latviya-Belarus sərhədlərinin ümumi uzunluğu 173 km təşkil edir. Hər iki dövlət tərəfindən sərhədlərə effektiv şəkildə nəzarət həyata keçirilir.

Bundan başqa, Latviya və Belarus arasında təlimlərə qarşılıqlı müşahidə təşkil edilməsi haqqında razılaşma da mövcuddur və Minsk həmişə bu anlaşmalara hörmətlə yanaşıb.

Belarus və Litva arasında sərhədlər isə Latviyadakından, demək olar ki, 4 dəfə uzundur -679 km. Litvanın hərbi eksperti Vaydas Saldjunasın söylədiyinə görə, rəsmi Vilnüs həmişə hər hansı bir müdafiə və hərbi xarakterli tədbir həyata keçridikdə ilk növbədə Belarusun hərbi attaşelərini dəvət edir.

"Özü də hər kəs bilir ki, Belarusun istər hərbi, iqtisadi və ya siyasi dairələri Rusiya Federasiyasına sıx bağlı adamlardır. Belarus HHM sistemləri Rusiya ilə vahid sistemə tabedir. Lukaşenkonun arada bir Moskvanın arxasınca atıb-tutmasına rəğmən hər kəs gözəl anlayır ki, Belarus Rusiya ilə eyni hərbi məkana daxildir”, - ekspert qeyd edib.

Şərqi Avropanın gənc dövlətlərini narahat edən əsl məsələ təlimlərdə iştirak edəcək əsgər və hərbi texnika sayı barədə rəsmi olaraq rəqəm ifadə edilməməsi ilə bağlıdır.

Belarus Xarici İşlər Nazirliynin məlumatına əsasən, təlimlər 10 min Belarus və 3 min rusiyalı hərbçinin iştirakı (280 tank və 25 təyyarə ilə birlikdə) ilə Litvanın cənub sərhədlərində yaxın Kolsk yarımadası ilə Belarusun arasında keçriləcək.
Lakin Litvanın müdafiə naziri Raymundas Karoblisin sözlərinə görə, təlimlərə 100 min hərbi qulluqçu cəlb olunacaq.

Картинки по запросу Zapad 2017

Karoblis xatırladır ki, ruslar 2013-cü ildə də eyni aldatma metoduna baş vurmuşdular. Belə ki, rəsmi rəqəmlərdə təlimlərdə guya 29 min insanın iştirak etdiyi söylənsə də, həqiqətdə həmin manevrlərdə 70 mindən çox hərbi qulluqçudan istifadə olunub.

Vilnüsün, o cümlədən NATO komandanlığının ehtiyatlandığı xüsus Vladimir Putinin vəziyyətdən istifadə edərək həmin kontingenti Belarus ərazisində daimi əsasla saxlamaq ehtimalıdır. Bununla Rusiya NATO-nun şərq cinahındakı qüvvələrinin yerdəyişməsi ilə bağlı yeni situasiya yaratmaq istəir. Moskva Alyansın bu prosesdə itirəcəyi vaxtdan region ölkələrinə əlavə təzyiq vasitəsi olaraq yararlanmaq niyyətindədir.

Hələlik Baltikyanı ölkələr özlərini nəhəng qonşularından iki metrlik beton hasarlarla qorumaq niyyətindədirlər. Məsələn, Litva Kalininqrdadla 45 km-lik sərhəd boyu hasarın tikintisini həyata keçirir. Lakin çətin ki, beton sədlər Rusiyanın syasız-hesabsız əsgərlərinin və dəmir maşınlarının qarşısını kəsə bilsin.

Maraqlıdır ki, Rusiya tərəfindən tam işğal qorxusu həm də Belarusun özündə yaşanır. Bəzi müşahidəçilərin rəyinə görə, Belarus prezidentinn NATO müşahidəçilərini dəvət etməsinin arxasında bu təhlükəni hiss etməsi dayanır. Bununla bağlı mətbuatda tez-tez müxtəlif yazılar dərc olunur.

Беларусь

Siyasi ekspertlərin fikrincə, əgər Qərb və ABŞ vaxtında və müvafiq şəkildə məsələyə müdaxilə etməsə və reaksiya göstərməsə onlar öz şərq sərhədlərində real müharibə təhdidi ilə qarşə-qarşıya qala bilərlər.

Çünki Belarusdan Baltikyanı ölkələrə daxil olmaq üçün Moskvaya cəmi 1 gün də kifayət edə bilər. Bu zaman keçmiş SSRİ-nin Ukrayna istisna olmaqla bütün Qərb sərhədləri Putinin əlinə keçəcək. Belarusun işğal ssenarisi gerçəkləşsə, Avropada Rusiyanın olduqca müvəffəqiyyətlə yürütdüyü hibrid müharibənin növbəti fazası başlayacaq.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300