Ucar və Bakının ardından proses Sabirabad, Masallı, Füzuli və Astaraya da yayılmağa başlayıb 

Manatın dəyərdən düşməsi və bahalaşma prosesi nəticəsində yaranmış narazılıq artıq etirazlara çevrilməyə başlayıb. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvə Ucar rayonunda, dünən isə Bakının mərkəzində qəfil keçirilmiş etiraz aksiyalarının bununla bitəcəyi proqnozlaşdırılmır. 

Çünki Saatlıda da artıq mitinq təyin olunub və narazılar yanvarın 15-də İcra Hakimiyyətinin binası önündə aksiya keçirməyi qərarlaşdırıblar. 

Qeyd edək ki, onsuz da sosial-iqtisadi vəziyyəti ağır olan insanların kəskin devalivasiyadan sonra yoxsulluq həddinə düşəcəkləri gözlənilən idi. Eləcə bir çox mütəxəssislər də bəyan edirdilər ki, hadisələrin faktiki gedişatı xaotik etirazların baş qaldırmasına gətirib çıxaracaq. 

JAM.AZ bildirir ki, durumun ağırlığı daha çox əyalətlərdə hiss olunur. Belə ki, bir sıra rayonlarda artıq bahalaşma əleyhinə etirazlar baş qaldırmaqdadır. Gələn xəbərlərə görə, dünən Füzuli rayonunda, daha dəqiq ifadə etsək Horadiz qəsəbəsində bahalaşma əleyhinə etiraz aksiyası keçirilib. Hətta icra başçısı Alı Alıyevin istefası belə tələb olunub. Lakin polisin müdaxiləsindən sonra aksiya dağıdılıb. Bəzi bilgilərə görə, vəziyyəti ağırlaşmış rayon sakinləri yenidən etiraz aksiyası keçirmək fikrindədir. 

Hazırda Sabirabadda da durumun ağır olduğu deyilir. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, unun bahalaşmasına qədər səbr edən rayon sakinləri, artıq dillənməyə başlayıblar. Məlumatlarda vurğulanır ki, kənd sakinləri artıq dolanışıq üçün pul tapa bilmədiklərini və bahalıq səbəbindən də zəruri ərzaq məhsullarını ala bilmədiklərindən şikayətçi düşməklə yanaşı, buna etiraz etməkdədirlər. 

Masallıda isə camaatla yanaşı, sahibkarlar da etirazlarını bildirməyə başlayıblar. Onlar vurğulayırlar ki, əgər müxalifət mitinq keçirərsə, bir nəfər kimi hamısı aksiyaya qatılacaqlar. Onlar faktiki olaraq dolanışın təmin olunmasının mümkünsüzlüyünü qeyd edirlər. 
Astaradan gələn xəbərdə isə vurğulanır ki, camaat hələlik İrandan gətirilən ərzaq məhsullarının ucuzluğu hesabına dolanışığını qismən təmin edə bilsə də, narazılıq durmadan artır. JAM.AZ-a verilən məlumata görə, ötən gün ona yaxın insan rayonun mərkəzində bahalaşmaya etiraz ediblər. Kənardan isə xeyli insan onları dəstəkləyib. 

Qeyd edək ki, son baş verənlər ölkədə sosial partlayışın əlamətlərindən sayılır. Ekspertlərin qənaətinə görə, proses bütün ölkəni bürüyə bilər. Onlar hökumətin zəruri tədbirlər görməsinin vacibliyini vurğulayırlar. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300