Sabiq səhiyyə naziri Əli İnsanovun şikayəti təmin edilməyib.

Musavat.com xəbər verir ki, sabiq nazirin Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb.

Əli İnsanov məhkəmədə iştirak etməkdən imtina edib. Keçmiş nazir bu haqda məhkəməyə ərizə göndərib. Kürdəxanıdakı istintaq təcridxanasında da müvafiq akt tərtib olunub.

Məhkəmədə Əli İnsanovun vəkili Ağaveyis Şahverdi çıxış edərək bir daha şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib:"Cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aprılmalıdır".

Vəkil söyləyib ki, birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırıb:"Çünki ekspertiza bizim ekspert qarşısında qoyduğumuz suallara cavab verməmişdi. Yəni ekspert rəyi tam deyildi. Amma təəssüf ki, vəsatətimiz təmin olunmadı. Biz Əli İnsanovun guya psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qabın üzərində əl izləri ilə də bağlı ekspertiza keçirilməsini istəyirdik. Əgər iddia olunduğu kimi Əli İnsanov o qabdan istifadə edibsə, üzərində onun əl izləri olmalı idi. Yaxud, Əli İnsanovun cırdığı iddia olunan protokolun da ekspertizası keçirilmədi. Halbuki adam protokolu cırıbsa, deməli, üzərində əl izləri olamlıdır".

Vəkil daha bir vəsatətlərinin təmin edilməməsindən narazılığını bildirib:"Yazıblar ki, guya Əli İnsanov psixotrop tərkibli həbləri özü qəbul edirmiş və bu məqsədlə də onları qabda saxlayıb. Amma kimyəvi ekspertiza keçirib onun qanında psixotrop tərkibli maddələrin olub-olmadığını müəyyən etmədilər. Birinci instansiya məhkəməsində Anar Təhməzov adlı şahid dindirildi. O, bildirdi ki, şüşə qabı Əli İnsanovda görməyib. Amma hökmdə şahidin ifadəsi təhrif olunub və yazılıb ki, Əli İnsanovun o qabdan dərmanları götürüb, istifadə etdiyini görüb. Ən azı bu ziddiyyətin aydınlaşdırılması üçün Anar Təhməzov bura çağırılıb dindirilməlidir. Elə məsələlər var ki, onların üstündən keçmək olmur".

A.Şahverdi deyib ki, Əli İnsanovun cəzaçəkmə müəssisəsində əşyalarını saxladığı otağa baxış da qanunsuz keçirilib:"Baxış keçirilib, hal şahidləri çağırılıb, amma 50 metr kənardan onun özünü dəvət etməyiblər. Qapalı otağa baxış keçirilirsə, buna görə mütləq məhkəmə qərarı olmalı idi. Amma belə bir qərar olmayıb. Vəkillər arasında belə bir rəy var ki, Ali Məhkəmədə işə baxılanda danışmağa ehtiyac yoxdur. Çünki danışılanlara onsuz da əhəmiyyət verilmir. Elə bir kəlmə ilə "şikayəti müdafiə edirəm" demək kifayətdir. İndi bu işdə biz də hesab edirik ki, Əli İnsanov haqda qərar artıq hazırdır və mənim burada çox danışıb, sübutları ortaya qoymağıma ehtiyac yoxdur".

Müdafiəçi əlavə edib ki, Əli İnsanova verilən cəza ağırdır:"Əli İnsanov dörd akademiyanın üzvü olub. Birindən çıxarılsa da qalan üçünün hələ də üzvüdür. Azərbaycanda dərman kəşf edən yeganə alimdir. Dünyada tanınan elm adamıdır. 30 mindən çox adamı müalicə edib. Hətta cinayəti törətmiş olsaydı belə, ona niyə bu qədər ağır cəza verilirdi? Əli İnsanov 11 illik həbsdən çıxmasına 58 gün qalmış şərlənib. İnsanovun saxta ittihamla cəzasının artırılacağı ehtimalı əvvəlcədən var idi. Bu hadisədən bir gün əvvəl cəzaçəkmə müəssisəsində Əli müəllimə dedim ki, ehtiyatlı olun. Kimsə sizə təxribat məqsədi ilə sataşar. O, da cavab verdi ki, "Mən məüssisənin həyətində getdiyim yerdə kimsə gəlib, öz yaxasını cırarsa, mən nə edə bilərəm?"

Vəkil çıxışının sonunda Əli İnsanov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Məhkəmədə Əli İnsanovdan zərərçəkmiş, ədliyyə mayoru Anar Məmmədov da iştirak edib. O, çıxış edərək hökmün qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini istəyib.

Dövlər ittihamçısı Ceyhun Budaqov hökmün dəyişdirilməsinə heç bir əsasın olmadığını deyib. Məhkəmə müşavirədən sonra hökmün qüvvədə saxlanıldığını elan edib.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.

İlkin Muradov, musavat.com

 

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300