Türkiyənin orta məktəblərində təkamül nəzəriyyəsi dərsləri keçilməyəcək.

Ankara əsası Charles Darwin tərəfindən qoyulmuş bu nəzərəyyənin "mubahisəli fənn” olduğunu bildirir.

Türkiyənin Təhsil Nazirliyi bildirib ki, biologiya fənnindən Darvinizmə aid olan hissə 2019-cu ildən tədris planından çıxarılacaq.

Nazirlik bunu da əlavə edib ki, "Həyatın mənşəyi və təkamül” dərslərinin yuxarı siniflərdə tədrisi davam etdiriləcək.

Təhsil rəsmilərinin qənaətinə görə, mübahisəli mövzular məktəblilərin hələ müstəqil fikir yürütmək qabiliyyətinə malik olmadıqları yaşda keçilə bilməz.

Buna baxmayaraq orta məktəblərdə təkamül nəzəriyyəsi barədə təməl məlumat veriləcək.

Hökumətin bu qərarı ölkənin bir sıra alimləri tərəfindən kəskin tənqid olunur.

Onlar deyirlər ki, beləliklə Türkiyə təkamül dərslərini qadağan edən iki ölkədən biri olacaq. Bu dərslər Səudiyyə Ərəbistanında keçilmir.

Qərbdə fəaliyyət göstərən türk alimlərdən Mustafa Akyol deyib ki, təkamül nəzəriyyəsinin tədrisi məsələsi Osmanlı imperiyasının vaxtından indiyədək bir neçə dəfə gündəmə gəlib, lakin indi bu dəyişikliyin əsas dəstəkçisi Erdoğanın özüdür.

Akyol bildirir ki, bu dəyişiklik ölkədəki mühafizəkar dindar kəsimin təzyiqləri ilə edilir.

Qərb mediası təkamül nəzəriyyəsinin tədrisi ilə bağlı ziddiyyəti Türkiyədə dünyəviçilərlə dinçilər arasında gedən çarpışmanın təzahürlərindən biri kimi qiymətləndirir.//Azadlıq Radiosu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300