Həbsdə olan baş redaktorun xanımı gözlənilməz hadisə yaşayıb. JAM.Az saytının baş redatoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nüsrətinin maşını yanıb.

F.Nüsrəti Criminal.az saytına açıqlamasında bildirdi ki, iki gün əvvəl idarə etdiyi maşında müəmmalı şəkildə yanğın baş verib: ”İki gün əvvəl Fikrətə göndərmək üçün bazarlıq etməyə gedirdim. Nərimanov rayonu ərazisində, Çerment körpüsünün üzərində maşınının yanacağı qurtardı. Maşını tərk edib benzin almağa getdim. Geri qayıdanda gördüm ki, adamlar toplaşıb, yanğınsöndürən gəlib. Maşınımın mühərrik hissəsi tamamilə yanıb. Yanğınsöndürənlər yanğının qarşısını alıblar. Maşında benzin olsaydı, bəlkə də maşın tamamilə yanacaqdır”.

F.Nüsrətinin sözlərinə görə, işlək vəziyyətdə və yanacağı olmayan maşının qəflətən yanması onda şübhələr yaradır: ”Maraqlısı odur ki, yanğınsöndürənə zəng edən 0502902700nömrəsinə zəng etsəm də, həmin nömrə təyin edilməyib. Hələlik yanğının səbəbi məlum deyil. Ekspertiza və labaratoriyanın nəticəsindən sonra yanğının səbəbi bilinəcək”.

 

Həbsdə olan jurnalistin xanımının avtomobili yandı - FOTOHəbsdə olan jurnalistin xanımının avtomobili yandı - FOTOHəbsdə olan jurnalistin xanımının avtomobili yandı - FOTO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300